12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Köçəryan partiya yaradır
Tarix: 18-10-2018 16:19 | Bölmə: Siyasət
Köçəryan partiya yaradır

Ermənistanın ikinci prezidenti Robert Köçəryan öz partiyasını yaradın müxalifətə keçmək istəyir.

Reyting.az bildirir ki, o bu barədə RİA Novosti-yə müsahibəsində açıqlama verib.

O qeyd edib ki, əgər siyasətə qayıdırsansa, bu haqda düşünmək lazımdır.

Keçmiş prezidentin sözlərinə görə, partiyanın adı prinsipial deyil.

“Prinsipial olan yanaşlaların uyğunlaşdırılmasıdır.. Mən indi müxalifət meydanında çox ciddi boşluq görürəm və güman edirəm ki, ölkənin maraqlarına uyğun olaraq oranı doldurmaq lazımdır.”, - Köçəryan bəyan edib.

Keçmiş prezident qeyd edib ki, onun hansısa yüksək post tutmağa təşəbbüsü yoxdur.

“Əgər belə təşəbbüs olsaydı, mən 10 şəxsi həyatımı yaşamazdım. Vəziyyət elə formada inkişaf edir ki, səni prosesə tərəf dartır, sadəcə həyat tərzin, tərcümeyi-halın və həyatdakı mövqeyn kənarda dayanmağa imkan vermir”, - o, vurğulayıb.

Növbədənkənar parlament seçkilərində iştirak etməmək arzusuna gəldikdə, Köçəryan qeyd edib ki, sadəcə buna macal tapmayacaq.

“Mən heç bir partiyanın üzvü deyiləm. Bu o deməkdir ki, nə vaxsta olan partiyanı bərpa etmək yox, sıfırdan başlamaq lazımdır. Özü də mən yeni, yeniləşmiş komanda ilə seçkiyə getmək istərdim”, - Köçəryan deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyəti vəziyyəti nəzərə alaraq yeni, istedadlı, gənc və enerjili adamları cəlb etmək lazımdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər