Sərhədçilərimiz Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib
Tarix: 19-10-2018 08:43 | Bölmə: Cəmiyyət
Sərhədçilərimiz Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib

Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.

DSX xəbər verir ki, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə - Abşeron limanı istiqamətində hərəkət edb. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Onu da qeyd edək ki, bundan əvvəl Xəzər dənizində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}