12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Araz Ağalarovun şirkətinin ABŞ-dakı bank hesabı bağlandı
Tarix: 20-10-2018 00:25 | Bölmə: Slayd
Araz Ağalarovun şirkətinin ABŞ-dakı bank hesabı bağlandı

Union Bank Araz Ağalarovun sahibi olduğu Crocus Group şirkətinin ABŞ-dakı bank hesabının bağlandığı haqda məlumat verib.

Reyting.az xəbər verir ki, bundan 10 gün əvvəl ölkənin prokurorluğu oliqarxın pul köçürmələri ilə maraqlanıb.

İş adamı ABŞ prezidenti seçkilərinə müdaxilədə və Donald Trampın seçki kampaniyasının maliyyələşdirilməsində şübhəli bilinir.

2016-cı il iyunun 3-də vəkil Natalya Veselintski Trampın oğlu ilə görüşüb və guya ona seçki kampaniyasında iştirak edən Hillari Klintonla bağlı kompromat ötürüb.

ABŞ prokurorluğunun məlumatına görə, həmin gün Aöalarov Crocus Groupun ABŞ-dakı təmsilçisi İrakli Kaveladzeyə 3,3 milyon dollar köçürməyə cəhd edib.

Kaveladzeyə çatmazdan əvvəl pul Citibank, JPMorgan Chase və Morgan Stanleyin zəncirinə keçib.

Kaveladzenin sözlərinə görə, Crocus Group artıq 3 Amerika bankının xidmətindən məhrum olub, şirkətin nümayəndəsi onların adlarını isə açıqlamayıb.

Xatırladaq ki, 2018-ci ilin aprel ayında ABŞ Demokratlar Partiyasının Milli komitəsi Ağalarovu, Donald Trampı, onun oğlu və kürəkənini, Pol Manafortu, Rusiyanı və Baş qərargahın baş idarəsini məhkəməyə verib.

Guya cavabdehlər 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinin nəticələrinə təsir göstəriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər