Jurnalistin öldürüldüyünü rəsmən etiraf etdilər - 18 nəfər həbs olunub
Tarix: 20-10-2018 15:36 | Bölmə: Slayd
Jurnalistin öldürüldüyünü rəsmən etiraf etdilər - 18 nəfər həbs olunub

Səudiyyə Ərəbistanı, nəhayət ki, jurnalist Camal Kaşıqçının Baş Konsulluqda öldürüldüyünü rəsmən etiraf edib.

Dövlət televiziyası ilə açıqlanan bəyanatda Riyadda aparılan istintaqın nəticələri elan olunub.

Bəyanatda qeyd olunur ki, oktyabrın 2-də İstanbuldakı konsulluqda Kaşıqçı və şübhəli şəxslər arasında əlbəyaxa dava baş verib və son nəticədə o ölüb.

Cinayət işi ilə bağlı 18 nəfər həbs olunub.

Bəyanatda təhqiqata yardımı ilə bağlı Türkiyəyə, o cümlədən prezident Ərdoğana minnətdarlıq bildirilir.

Lakin rəsmi açıqlamada şübhəli şəxslərin adları qeyd olunmayıb.

"Reuters” Səudiyyə rəsmilərinə istinadən kəşfiyyat xidmətinin yüksək vəzifəliləri Məhəmməd bin Saleh əl Rumeh, Abdullah bin Xəlifə əl-Şəyya, habelə adı çox hallanan general Əsir olmaqla, 5 nəfərin istefaya göndərildiyinə dair məlumat verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}