Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə yanılıblar - Fotolar
Tarix: 20-10-2018 17:26 | Bölmə: Slayd
Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Oktyabrın 20-si Beynəlxalq aşpazlar günüdür. Rusiya lideri Vladimir Putinə nə hazırlayırlar və onun aşpazları necə səhvlər edirlər?

Reyting.az xəbər verir ki, Rusiya prezidenti çox yemək həvəsakarı deyil. O, ötənilki mediaforumun iştirakçılarına söyləyirdi ki, səhər tez-tez sıyıq yemir: favoritlər siyahısında düyü və qarabaşaqdır. Dövlət başçısı yulafı isə xoşlamır. İçkilərə gəldikdə, sadəcə çaya üstünlük verir.

Vladimir Putin səfərləri zamanı çox vaxt yerli mətbəxin nemətləri ilə təəccübləndirməyə çalışır. Beləliklə, aşbazlara nə sifariş edilir?

Finlər nəyə qonaq edib

Aşpazlar bu ilin yayında Vladimir Putin və Donald Trampı sammit zamanı nə yedirdiklərini söyləyiblər.

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

İki saatlıq təkbətək danışıqlardan sonra Rusiya lideri və Amerikanın rəhbəri geniş heyətlə işgüzar nahar süfrəsi arxasına keçiblər. Menyüdə ənənəvi fin yeməkləri olub. Onların arasında mal əti fülesi, pomidor və soğanla salat, eləcə də evdə qaxac edilən Arktika şimal qızılbalığı, dondurulmuş sarı göbələkələr olub.

Deserti kimi süfrəyə dondurma, giləmeyvə və yulafdan bişirilmiş çörək də gətirilib..

Soyuq borş

Aşpazlar Rusiya prezidentinin Fransanın rəhbəri Emmanuel Makronla bu ilin may ayında görüşü zamanı nahara hazırladıqları yeməklərin menyüsünü də açıqlayıblar. Menyüdə qara kürüdən fəsəlililər, krabdan hazırlanan qəlyanaltı, keçi pendiri ilə soyuq borş və almalı karamel olub

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Desert kimi iki ölkə liderinə şokolad tortu da hazırlanıb.

Qarpızdan krem-şorba

Oktyabrı ayının əvvəlində Nyu-Dehlidə səfərdə olan Rusiya liderinə aşpazlar yerli mətbəxin yeməklərini də hazırlayıblar. Qarpızdan krem-şorba, cəfəri və pendirlə syomqa balığının filesi, qrildə toyuq əti – bu yeməkləri aşpazlar Hyderabad House sarayında qəbul iştirakçıları üçün hazırlanıb.

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Bundan əlavə, aşpazlar bütün gecə qara mərcini ağac kömürünün közü üstündə bişiriblər. Desert kimi püstə dondurması verilib.

Yeri gəlmişkən, hind aşpazlarından ənənəvi sayılan kerri sousunun hazırlanması və ötürülməsi zamanı istifadə etməmək qərarına gəlinib.

Belarusun milli yeməyi

Amma heç də həmişə aşpazlar respetlərin orijinallığı üçün mübarizə aparmırlar. Məsələn, Rusiya prezidentinə bu ilin payızıbda Belarusda olanda onu milli yemək sayılan draniki ilə yedizdiriblər.

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Rusiya lideri Belarus prezidenti Aleksandr Lukaşenko ilə onun kiçik vətənində - Moqilyov vilayətinin, Aleksandriya şəhərində görüşüb. Putinə burada quyudan çıxarılan su uçmək, eləcə də sobada bişirilən draniki və fəsəli yemək təklif olunub.

Balıq şorbası

Vladimir Putin və baş nazir Dmitri Medvedyev 2016-cı ilin payızında Novqorod vilayətinə gediblər. Ölkənin sosial-iqtisadi vəziyyətinin müzakirəsini onlar İlmen gölündə balıq ovu ilə birləşdiriblər. Burada balıqlardan şorba hazırlanıb.

Qeyd edək ki, bu göldə xanı balığı, çapaq, suf, durbabalığı, lin, eləcə də bir çox başqa balıq növləri yaşayır.

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Onlar məhz həmin balıqlardan şorba hazırlayıblar.

Bunun üçün 10 balıq növü (suf, durnabalığı, karp, xanı balığı, çapaq, xəşəm, lin, qızıl üzgəc, çömçə balığı, çexon), iki soğan, iki kök, bir az duz, istiot və dəfnə ağacı yarpağı, şüyüd və 50 qram araq, üç pomidor, yarım limon lazımdır.

Balığı təmizləyib, yarıb, yuyuruq. Qazanda üstünə soğanı, kökü qalın doğrayıb istiot, dəfnə yarpağı bə iri doğranan pomidoru töküb qarışdırırıq. Bunu etdikdən bir neçə dəqiqə sonra xırda doğranan balıqları qoyub su tökür və bir saat ərzində bişiririk.

Bişdi? Xırda balıqları bulyondan çıxarıb, böyük parçaları yerləşdiririk. Göyərti əlavə edir, limon şirəsi və bir stəkan su tökürük.

Şirniyyat

Rusiya prezidentinin 2016-cı ildə Tula vilayətinə səfəri zamanı onun üçün Yasnoy Polyana restoranının eyvanında çay süfrəsi təşkil ediblər. Vladimir Putini Lev Tolstoyun arvadının resepti ilə nazırlanan “Ankovski piroqu”na qonaq ediblər.

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Onun inqrediyentləri çox sadədir: iki limon, 400 qram un, 300 qram kərə yağı, 5 yumurta, şəkər və zövqə görə vanil.

Şirniyyata gəldikdə, prezident Rusiya KİV-nə müsahibəsində balı xoşladığını söyləyib. Putin bu il Amur krem-balından dadıb. Bundan əlavə, Çin Xalq Respublikasının sədri Si Tsinpinlə Rusiya liderini birlikdə cökə balına qonaq ediblər.

Səhv salıblar

Kremldə əvvəlcə aşpazların ağlına belə gəlməzdi ki, Putin o qədər də yemək aludəçisi deyil. “Sirius” uşaq mərkəzinin sakinləri ilə ünsiyyət zamanı Rusiya lideri onu toyuq daraqları ilə necə yedirtmələrindən danışıb.

- Mən prezident olandan sonra – Kremldə hazırlayırlar axı – məndən soruşdular: “Siz nəyi xoşlayırsınız? Nə hazırlayaq?”

Prezident üçün şorba. Putinə nə yemək verilir və onun aşpazları necə  yanılıblar

Cavab verdim ki, mənim üçün fərqi yoxdur: “Siz nə hazırlasanız, normaldır. Xüsusi nəsə lazım deyil”.

“Yox, bəlkə nəsə yeməlisiniz”, - soruşublar. Mən dedim ki, məsələn toyuq darağı. Növbəti gün gətirib xoşuma gəlib-gəlmədiyini soruşdular. Hə, yaxşıdır, düzdür, qeyri-adi dadı var. “Yaxşı, biz bunun üçün nə qədər toyuq kəsmişik", - prezident söyləyib.

Yeməyə vaxt yoxdur

- Ümumiyyətlə, nə versələr yeyirik. Doğrusunu söyləsəm, yeməyə xüsusi vaxt yoxdur... Mən tərəvəzi xoşlayıram: pomidor, xiyar, salat. Səhər – sıyıq, kəsmik, bal. Ət və balıq arasında seçim var – balığa üstünlük verirəm, qoyun ətini xoşlayıram. Şirniyyata gəldikdə, ümumilikdə, dondurmanı nəzərə almasaq, laqeyidəm. Yalnız yaşıl çay içirəm”, - prezident vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}