Saakaşvili Gürcüstanda gümüş toyunu qeyd etmək istəyir - Fotolar
Tarix: 21-10-2018 17:05 | Bölmə: Cəmiyyət
Saakaşvili Gürcüstanda gümüş toyunu qeyd etmək istəyir

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə ona qarşı bir necə cinayət işi açılmasına baxmayaraq, yaxın zamanda vətəninə qayıtmaq niyyətindədir.

Saakaşvili Gürcüstanda gümüş toyunu qeyd etmək istəyir

Reyting.az bildirir ki, siyasətçinin həyat yoldaşı Sandra Rulofsun sözlərinə görə, Gürcüstanın keçmiş lideri axıra çatdıra bilmədiyi işlərini davam etdirmək istəyir, onun “böyük planları” var.

Saakaşvili Gürcüstanda gümüş toyunu qeyd etmək istəyir

- Mən deyirəm, Mişa həqiqətən gəlmək əhval-ruhiyyəsindədir. Noyabrın 17-də bizim toyumuzun 25 illik yubileyidir, biz bu tarixi burada, Zuqdidə qeyd etmək istəyirik, - o, Gürcüstan prezidentliyinə “Güc birlikdədir” müxalifət birliyinin namizədi Qriqol Vaşadze ilə görüşündə söyləyib.

Saakaşvili Gürcüstanda gümüş toyunu qeyd etmək istəyir

Rulofs əlavə edib ki, ondan Gürcüstanda tez-tez ərinin harada olduğunu və nə vaxt qayıdacağını soruşurlar. O, indi ümid edir ki, onun əri sakit və problemsiz qayıda bilər.

Saakaşvili Gürcüstanda gümüş toyunu qeyd etmək istəyir

Qeyd edək ki, Saakaşvili Ukraynada olanda Gürcüstan hakimiyyəti bir neçə dəfə onun ekstradasiyası ilə bağlı Kiyevə müraciət etmişdi.

O zaman xəbər verilirdi ki, əgər Saakaşvili ölkəyə qayıdarsa, dərhal saxlanılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2018, 18:12 Yerevanda atışma