Ananas sifətli diktator kokain və qadın düşkünü olub - Fotolar
Tarix: 22-10-2018 21:16 | Bölmə: Siyasət
Ananas sifətli diktator kokain və qadın düşkünü olub

Panamanın diktatoru Manuel Noryeqe narkotik alverçiləri ilə sövdələşməyə gedib və ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edib, eyni zamanda “Call of Duty” oyununun əsas mənfi personajlarından biri olub.

“Panama lideri narkotik alverçiləri ilə pozğun həyat sürüb: dəbdəbəli villalar, axşamlar gur musiqi sədaları altında kokain və spirtli içkilər qəbul edib, qədim silah kolleksiyası toplayıb”, - bioqraflar diktator Manuel Noryeqanın həyatını təxminən belə təsvir edir.

Çoxları hələ də baş sındırırlar ki, bu adam iki stulda necə otura bilib: bir tərəfdən, Amerika kəşfiyyatı və narkotiklərlə mübarizə üçün işləyib, digər tərəfdən Amerikanın sirlərini ABŞ-ın düşmənlərinə satıb, narkotik kartellərinə basqınlarla bağlı xəbərdarlıq edib.

Ananas sifətli diktator kokain və qadın düşkünü olub

1990-cı ildə Riçard Koster və Qilermo Sançes Borbon yazdıqları “Zalım hökmdarların illəri” kitabında diktatorların ikili təbiəti haqda da bəhs ediblər. Müəlliflər iddia edirlər ki, Noryeqa Kuba hökumətinin sirlərini ABŞ-a ötürüb, Fidel Kastro isə minlərlə Panama pasportu satmaqla, sonradan həmin şəxslərdən Kubanın gizli casusları kimi istifadə edib. O, həmin vəziyyətdən istifadə edərək yüz milyonlarla dollar toplayıb.

Xarabalıqdan diktatorluğa

Manuel Noryeqa Panamanın paytaxtı Panama-sitidə 1934-cü il fevralın 11-də anadan olub. Onun atası mühasib, anası aşpaz və paltaryuyan olub. Ailə kasıbların məskunlaşdığı məşhur Perrplen xarabalıqları rayonunda yaşayıb. Bu rayon prezident sarayından cəmisi 5 dəqiqəlik yol olan məsafədə yerləşir. Manuel məhz o vaxt yoxsulluqdan canını qurtarıb dəbdəbə içində yaşamaq arzusu ilə alışırdı.

Ananas sifətli diktator kokain və qadın düşkünü olub

Valideynləri öləndən sonra oğlanı böyütmək üçün ixtisasca müəllim olan xaç atası götürüb. O, təkid edirdi ki, Manuel məktəbi bitirib tibb kurslarına getsin.

Orada sosialist tələbələrlə tanış olur və onun üçün az miqdarda təqaüd təyin etdirə bilirlər. Bioqraflar iddia edirlər ki, lakin təşəkkür əvəzinə, o, Panama Sosialist Partiyasının planları barədə Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verir.

Belə hesab edilir ki, məhz amerikalılar onun Peruda hərbi məktəbə daxil olmasına kömək ediblər. Limadan qayıdandan sonra karyera pilləkənində sürətlə irəli gedir. Latın Amerikasında hərbçilərin böyük avtoriteti və nüfuzu var. Noryeqa da bundan istifadə etmək qərarına gəlir.

Əsl uğuru 1960-cı illərin sonunda gəlib: O vaxtkı diktator Ömər Torrixosun diqqətini cəlb edib. Noryeqa tezliklə generalın köməkçisi olub. O, 1968-ci il hərbi çevrilişində iştirak edib. Ölkəyə rəhbərlik edən Torrixos Manuelə polkopvnik rütbəsi verir və hərbi kəşfiyyat və əks-kəşfiyyatın idarə olunmasını ona tapşırır. Noryeqa siyasi opponentlərini təqib edib, şayiələrə görə, ABŞ kəşfiyyatı ilə daha çox əməkdaşlıq edib.

Noryeqanın bioqrafları əmindir ki, Mərkəzi Kəşfiyyat İdarəsinə işləmək ona 10 milyon dollardan çox qazandırıb. Yeni vəzifə və Vaşinqtonla əməkdaşlıq nəticəsində Manuel varlı və nüfuzlu olur. Lakin bu, onun üçün az görünür.

Torrixos 1981-ci ildə müəmmalı şəkildə hava qəzasında ölür. Buna qədər 4 il əvvəl o, Panama kanalının tədricən Panamaya verilməsi üçün amerikalılarla razılığa gələ bilmişdi.

Ananas sifətli diktator kokain və qadın düşkünü olub

Hamisinin ölümündən sonra Noryeqanın hakimiyyətə yolu açılır: özünü general və Milli müdafiə qüvvələrinin komandanı elan edərək hüdudsuz hakimiyyət əldə edir və faktiki Panamanın diktatoruna çevrilib. O, tədricən hakimiyyətini möhkəmləndirib, öz namizədlərinə parlamentdə yer təmin edib. Amerika hakimiyyəti Noryeqanı Beynəlxalq Valyuta Fondunun hazırladığı iqtisadi islahatlar keçirməyə inandıra bilib. Yeri gəlmişkən, o bunu etmir: ölkənin əhalisi daha da yoxsullaşmağa doğru gedir. Latın Amerikası ölkəsinin lideri bunu vaxtında anlayır və ABŞ-dan üz döndərərək üzünü qonşu Mərkəzi Amerika ölkələrinə tərəf çevirir.

Noryeqa o zaman özünə hətta “güclü adam” ləqəbi də tapır, ancaq xalq arasında özünü doğrultmadı. Sifəti çopur-çopur olduğundan panamalılar ona “ananas üzlü” ləqəbi verirlər. Bu arada Noryeqanın narkotik alverçiləri ilə əlaqələri daha da möhkəmlənir.

Ananas sifətli diktator kokain və qadın düşkünü olub

Panama əzəldən narkotik dilerləri üçün yükboşaltma məntəqəsi və yeri hesab olunur. Buradakı yüzlərlə bankın heç biri çirkli pulları qəbul etməyə bilməz. Ölkənin hər bir lideri istər-istəməz bu biznesə cəlb olunub və Noryeqa orada daha fəal iştirak etmək qərarına gəlib.

Panamada kolumbiyalılardan yerli banklarda narkotik pullarının yuyulmasına görə haqq alınıb, dövlətin ərazisində daha çox yeni laboratoriya və yükboşaltma məntəqəsi yaranıb, kolumbiyalılar dafa fəal şəkildə Panama pasportları alıb, sonradan yeni sənədlə ABŞ-a gediblər.

Pul Noryeqanın cibinə çay kimi axırdı. Bu arada Amerika KİV-lərində diktatoru ifşa edən yazılar görünməyə başlayıb. O, buna görə cavab olaraq yalnız hökumət üzvlərini günahlandıraraq onları istefaya göndərib.


Noryeqa cəzalandırılmayacağına arxayın idi. Amerika hakimiyyəti də əvvəldə baş verənlərə göz yumurdu, ancaq sonra Panama diktatorunun həyasızlığı onları əməlli-başlı təngə gətirib. 1989-cu ilin yanvar ayında ata Corc Buş prezident olur. Ağ ev Noryeqa ilə haqq-hesab çəkmək qərarına gəlir.

ABŞ-la ikili oyun

ABŞ yaxşı başa düşürdü ki, Noryeqa ikili oyun oynayır, ancaq onları razı salırdı, üstəlik, digər Latın Amerika ölkələrində həmin dövrdə sol yönlülük yaranmışdı. Lakin ildən-ilə Panama diktatoru daha çox nəzarətdən çıxırdı. Vaşinqtonun səbri 1989-cu ildə tükəndi, o zaman Panama kanalının Panamaya verilməsi müddəti başa çatırdı. Noryeqa bu məsələdə daha inadkarlıq edərək sazişin şərtlərinə yenidən baxılmasını irəli sürərək, daha amerikalılara güzəştə getməkdən imtina edib.

Bu arada ölkə daxilində müxalifət yetişib. Müxalifətlə haqq-hesab çürütmək üçün diktator xüsusi bölmə yaradır. Xalq arasında “doberman” adlanan bu bölmələr müxalifət fəallarına amansız divan tuturdular. Liberal doktor Uqo Spadaforun həbsi son damla olub. Ona uzun müddət işgəncə verilib, sonra edam edilib.

ABŞ Senatı 1986-cı ildə qətnamə qəbul edərək Panamanı diktatoru devirməyə, ona korrupsiya, seçkilərin nəticələrinin saxtalaşdırılmasında, narkotik ticarəti və qətllərdə ittiham təqdim etməyə çağırıb. ABŞ Panamaya hərbi və maliyyə yardımını da dayandırıb. Ölkədə iqtisadi böhran başlayıb.

ABŞ-da hələ ki Noryeqa üzərində qiyabi məhkəmə gedəndə, o, Amerika əleyhinə sərt şüarlarla çıxış etməyə başlayıb. 1989-cu ildə Panamanın Milli Assambleyası ABŞ-a müharibə elan edib. Panama-sitidə silahsız Amerika əsgəri öldürülüb, daha biri yaralanıb, üçü isə həbs olunub. Bu hərəkət ABŞ prezidenti ata Corc Buşu Panamaya müdaxiləni elan etməyə vadar edib. Bu əməliyyat çoxlarının zəiflikdə günahlandırdığı Ağ ev sahibinin əlində idi. Buşun reytinqi Panamada əməliyyat başlayandan sonra bir anda artıb.

Ananas sifətli diktator kokain və qadın düşkünü olub

Amerikalılar tezliklə Panama ordusunu dağıdırlar. Diktator özü həbs olunmamaq üçün Vatikanın Panamadakı səfirliyinə sığınır. Amerikalı əsgərlər diplomatik missiyanın binasını mühasirəyə alıb xevi-metalın hitlərini yayıblar. Bu taktika uğurlu olub: Noryeqa 1990-cı il yanvarın 3-də amerikalılara təslim olub və Floridadakı həbsxanaya göndərilib.

O, ABŞ-da 40 il azadlıqdan məhrum edilib, ancaq ardınca müddət 30 ilə qədər azaldılıb, sonra onu hərbi əsir elan ediblər ki, bu da telefonla istifadəyə və qohumları ilə görüş üçün əlavə saat almasına imkan verib.

Panamada keçmiş diktatorun “sadist, zalım və pozğun” olması ilə bağlı söz-söhbətlər dolaşıb. "Call of Duty" oyunun yaradıcıları Noryeqanı baş antaqonistə çevirib. Belə ki, o, bir missiya ilə Mərkəzi Kəşfiyyat İdarəsinə terrorçu və narkotik ticarətçisi Raul Menedesin izlənilməsində və tutulmasında yardım edir, sonra əsas qəhrəmanlarını ələ verərək ona qaçmağa kömək edir. Noryeqa 2014-cü ildə oyun hazırlayanları razılığı olmadan onun mənfi qəhrəman obrazını yaratdıqlarına görə məhkəməyə verib. Məhkəmə şirkətin həmin tarixi şəxsiyyətin qondarma süjetdə təsvirinə tam hüququ olması haqda qərar çıxarıb.

1990-cı ilin iyul ayında Fransa Noryeqa və onun həyat yoldaşını bu ölkənin bankında narkotik ticarətindən əldə edilən 3 milyon dollar yumaqda günahlandırıb. Keçmiş diktatorun müdafiəçiləri iddia ediblər ki, bu pulu onlar Mərkəzi Kəşfiyyat İdarəsindən əldə ediblər. Nümunəvi davranışına görə Noryeqa ABŞ-da həbsxanadan vaxtından əvvəl buraxılıb və Fransaya ekstradasiya edilib. Onu burada da 7 il azadlıqdan məhrum ediblər. Keçmiş diktator 2011-ci ildə vətəninə qayıdıb, orada onu hakimiyyətdə olduğu illərdə insan haqlarını pozmaqda, qətl və korrupsiyada mühakimə ediblər.

Panama qanunlarına görə, yaşı 74-dən yuxarı olan insanlara cəzalarını ev dustaqlığında çəkmək razılığı verilib. Ancaq hakimiyyət Noryeqaya qarşı sərt mövqedə olub. O, yalnız 2017-ci ilin əvvəlində ev dustaqlığına buraxılıb. O zaman insult keçirən generalda beyin şişi aşkarlanıb.

Panama prezidenti Xuan Karlos Varela o zaman bildirib ki, Manuel Noryeqanın ölümü ilə bu ölkənin tarixinin bütöv bir fəsli bağlanıb və qohumları onu sakit şəkildə dəfn etməyə layiqdirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}