Telman İsmayılov prezident qarşısında tövbə etmək qərarına gəlib
Tarix: 23-10-2018 11:19 | Bölmə: Cəmiyyət
Telman İsmayılov prezident qarşısında tövbə etmək qərarına gəlib

Moskvadakı Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.


Reyting.az
-ın verdiyi xəbərə görə, o iddia edir ki, biznes üzrə keçmiş tərəfdaşlarının qurbanı olub və onları korrupsiya əlaqələrində günahlandırır.

Məlumata görə, bu məktubun yazılması Rusiya İstintaq Komitəsinin İsmayılova cinayətkar birliyin təşkilində ittiham irəli sürməyi planlaşdırması ilə bağlı ola bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov Rusiya Prezident Administrasiyasına dövlət başçısına ünvanlanan məktub yollayıb. Bunu vəziyyətlə tanış olan bir neçə həmsöhbət də təsdiqləyib.

Telman İsmayılov prezident qarşısında tövbə etmək qərarına gəlib

Sənədlə tanış olan mənbə məktubun 12 səhifə olduğunu bildirib. Onun sözlərinə görə, İsmayılov Çerkizov bazarına qaçaqmalçılıq kanalı ilə gətirilən malların arxasında duran qüvvələr nisbətini təsvir edir.

"İş adamının fikrincə, bazarın bağlanmasından sonra o, ən ədalətsiz vəziyyətlə üzləşib: onun “kiçik” tərəfdaşlarına bizneslərini davam etdirmək üçün böyük sahələr ayrılıb, özü isə heç nə almayıb. Üstəlik, İsmayılovun ehtimalına görə, keçmiş tərəfdaşları öz əlaqələrindən istifadə edərək ona hücuma keçiblər, onun maliyyə vəziyyətini partladıblar. Sonra isə onu hüquq-mühafizə xətti üzrə təqib etməyə başlayıblar. Nəticədə biznesmen ölkəni tərk edib, sonradan iki qətllə bağlı ittiham üzrə axtarışa verilib."

İsmayılov məktubunda guya keçmiş tərəfdaşlarının törətdiyi mümkün cinayətləri də qeyd edir. Eyni zamanda bəyan edir ki, onun özünün ittiham edildiyi əməllərdə əli olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}