14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Jurnalistin öldürülməsini Səudiyyə Ərəbistanı kəşfiyyatının rezidenti əmr verib - İddia
Tarix: 23-10-2018 19:30 | Bölmə: Siyasət
Jurnalistin öldürülməsini Səudiyyə Ərəbistanı kəşfiyyatının rezidenti əmr verib

Jurnalist Camal Kaşıkçinin öldürülməsi üçün Səudiyyə Ərəbistanının Türkiyədəki kəşfiyatının rezidenti, İstanbuldakı baş konsulluğun attaşesi Əhməd Abdulla Əlmuzaiyə əmr verilib.

Reyting.az bildirir ki, bu barədə “Sabah” qəzetinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin iddiasına görə, Əlmuzai əmri verən Səudiyyə Ərəbistanının vəliəhdinin müşaviri və ümumi kəşfiyyat xidmət rəhbərinin müavini Əhməd Asiri olub.

Jurnalistin öldürülməsini Səudiyyə Ərəbistanı kəşfiyyatının rezidenti əmr verib

Qeyd edilir ki, Əlmuzaini İstanbuldakı baş konsulluqda sentyabrın 28-də olub. Qaşıkçi ilk dəfə ora nikaha girmək üçün vacib olan sənədlər üçün gəlib. Məqsədi növbəti dəfə gəlib sənədləri ala bilmək üçün razılıq əldə etmək olub.

Əlmuziani növbəti gün Ər-Riyada uçub, orada Asiri ilə görüşərək 15 nəfərdən ibarət komandaya görə tapşırıq alıb. Həmin dəstə sonradan jurnalisti öldürmək üçün İstanbula gəlib.

Oktyabrın 1-də konsulluğun attaşesi İstanbula qayıdaraq baş konsul Məhəmməd əl Uteybiyə jurnalistin öldürülməsi üçün əmri və planı çatdırıb.

Oktyabrın 2-də Qaşıkçi öldürüləndə, Əlmuziani yenidən vətəninə qayıdıb. İstintaqın versiyasına görə, məhz o, İstanbul və Ər-Riyad arasında “qanlı trafiki beyni” ola bilərdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}