Benzinin qiyməti yenidən arta bilər - Proqnoz
Tarix: 23-10-2018 19:47 | Bölmə: İqtisadiyyat
Benzinin qiyməti yenidən arta bilər

Bakı neft emalı zavodunda planlaşdırılan profilaktika ilə əlaqədar işlərin müvəqqəti dayandırılması yenidən diqqəti neft məhsullarının qiymətinə cəlb edib.

Reyting.az bildirir ki, bunu Demokratiya və Rifah Hərəkatının rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

Onun fikrincə, artıq A-92 markalı benzinin də xaricdən idxal olunmasına hazırlıq başlayıb: “Belə ki, Azərbaycan xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Ölkəyə idxal edilən Aİ-92 markalı benzin 15 faizlik gömrük rüsumundan azad edilib və bu markalı benzin üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Hər iki qərar oktyabrın 1-dən qüvvəyə minib və bu ilin son 3 ayında tətbiq olunacaq”.

Benzinin qiyməti yenidən arta bilər

Qubad İbadoğlu yazır ki, bununla yanaşı, Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxış edən prezident İlham Əliyev Bakı neft emalı zavodunda Avro-5 standartlarına uyğun benzin istehsalının anonsunu verib:
“Göründüyü kimi, bütün hazırlıqlar neft məhsullarının, o sıradan da benzinin, mazutun, dizel yanacağının və sürtgü materiallarının yeni qiymətinin əsaslandırılmasına hesablanıb. Əvvəlcə, rüsum və aksizləri ləğv edib, idxal benzinin qiymətini regional qiymətlərlə tarazlaşdırmaq yolunu seçən hökumətin sonradan həmin qiyməti yeni AzEuro standart benzin və digər neft məhsullarına tətbiq edəcəyi gözlənilir. Qiymət artımını şərtləndirən başqa bir arqument ölkəyə gətirilən avtomobillərin sayında müşahidə olunan artımdır. Böyük ehtimalla, istehlakçılar yanacaq məhsullarının yeni qiymətləri sürprizi ilə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində qarşılacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}