16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Meral Akşənər: Dağlarını duman bürümüş Qarabağa salam olsun
Tarix: 23-10-2018 20:48 | Bölmə: Cəmiyyət
Meral Akşənər: Dağlarını duman bürümüş Qarabağa salam olsun

Meral Akşənər göz yaşları ilə Türk Dünyasına səsləndi

Partiyasının Türkiyə Böyük Millət Məclisi (TBMM) qrup toplantısında danışan İYİ partiyanın başqanı Meral Akşənərin, göz yaşları ilə türk dünyasına səsləndiyi anlar gündəmə damğa vurub.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, İYİ partiyanın başqanı Meral Akşənər, partiyasının qrup toplantısında çıxış edib.

Gündəliyə dair qiymətləndirmələrdə olan Akşənər çıxışının ardından tribunadan göz yaşları ilə türk dünyasına səslənib.

Akşənərin bu müraciəti gündəmə damğa vurarkən, partiyadaşları da onu alqışlarla dəstəkləyib.

Meral Akşənər: Dağlarını duman bürümüş Qarabağa salam olsun

Oktyabrın 18-nin Azərbaycanın müstəqilliyini yenidən bərpa günü olduğunu xatırladan Akşənər deyib: “18 oktyabr Can Azərbaycanımızın qurtuluşunun il dönümünü Gazi Məclisdən bir daha təbrik edirəm. Can Azərbaycana salam olsun.

Qurtuluşun eşqilə yanan Şuşaya, dağlarını duman bürümüş Qarabağa salam olsun.

"Haray, haray mən türkəm" deyə çığıran Təbrizə salam olsun. "Gavim qardaş hardasan" deyən Kərkükə salam olsun. Bayırbucaka, Qərbi Frakiya salam olsun ".

Bir ovuc xalq deyil, bir yumruq, bir millətik" deyən Krıma salam olsun. Göy bayraq külək gözləyir Əcdad yurda salam olsun. Əfganistanda Şəms Sədada salam olsun. "Ən böyük xəyalım Türk birliyini görmək" deyən Aziz Sancara salam olsun.

Çörəyini dünyanın dörd bir tərəfində qazanan al bayrağın övladlarına salam olsun. Ulu Türküstan salam olsun sənə, böyük və ömürlük ölkəyə salam olsun. Varlığımız Türk varlığına ərməğan olsun. Allah sizləri qorusun. "Amin deyənlərin faizi suyu xatirinə Allah millətimizi yetim qalmasın. Allah ordumuza, bayrağımıza, millətimizə zaval verməsin”.

Akşənərin bu müraciətinin ardından İYİ partiyanın qrupunda “Nə Mutlu Türküm Deyənə" səsləri yüksəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}