17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkmənistanda vahimə: Sakinlər kütləvi şəkildə benzin və ərzaq alırlar - Səbəb
Tarix: 25-10-2018 12:00 | Bölmə: Slayd
Türkmənistanda vahimə: Sakinlər kütləvi şəkildə benzin və ərzaq alırlar

Türkmənistanda əhaliyə işıq, qaz və suyun pulsuz verilişinin ləğv edilməsi səbəbindən “yanacaq” vahiməsi yaranıb.

Reyting.az Türkmənistan mediasına istinadən bildirir ki, ölkənin paytaxtı Aşqabad sakinləri kütləvi şəkildə benzin almaya başlayıb.

Türkmənistanda vahimə: Sakinlər kütləvi şəkildə benzin və ərzaq alırlar

Əhali arasında ajiotaj son beş gündə xeyli güclənib – insanlar tezliklə bahalaşmadan qorxurlar. Yanacaqdoldurma məntəqələrinin çoxunda sutka boyu avtomobillərin uzun növbəsi olur. Şəhər sakinləri ehtiyat üçün 20-30 litrlik kanstirlə benzin alır.

Ölkədə eyni zamanda əsas ərzaq məhsulları, o cümlədən un satışında fasilələr yaranır. Bu məhsulların qiymətləri artıb, mağazaların piştaxtaları sürətlə boşalır. Dövlət mağazalarında un yalnız bir ələ 5 kiloqramlıq norma ilə satılır.

Türkmənistanda vahimə: Sakinlər kütləvi şəkildə benzin və ərzaq alırlar

“Yüksək vəzifələrdə işləyən qohumlarımız bizə məsləhət görürlər ki, əgər imkan varsa yalnız benzin yox, həm də digər məhsulların, o cümlədən un, soğan, kartof və şəkər tozu ehtiyatı da yaradaq. Onlar deyirlər ki, benzin ən azı 50 faiz, ola bilsin iki dəfə bahalaşacaq. Digər məhsullarının qiymətinin artacağı da gözlənilir”, - adının anonim qalmasını istəyən yerli sakin deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}