Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 25-10-2018 13:38 | Bölmə: Slayd
  Leysan yağacaq, güclü külək əsəcək

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.

Havanın hərarəti ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək.

Havanın hərarəti ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.

Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

***

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Havanın hərarətinin Bakıda və Abşeron yarımadasında gecə 16-18, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 18-23, dağlarda gecə 9-11, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 26-dan 27-si gündüzədək Abşeron yarımadasında hava şəraitinin ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və havanın hərarəti 10-12 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}