17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dövlət yol polisinin rəisi nazirdən istefaya göndərilməsini istəyib? - Açıqlama
Tarix: 25-10-2018 19:23 | Bölmə: Slayd
Dövlət yol polisinin rəisi nazirdən istefaya göndərilməsini istəyib?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun istefası üçün daxili işlər nazirinə raportla müraciət etdiyinə dair informasiya yayılıb.

Reyting.az bildirir ki, bu barədə “bizimyol.info” məlumat yayıb.

Məlumata görə, 24 ildir bu vəzifədə işləyən 67 yaşlı Ramiz Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuz rayonunda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Reyting.az-a bununla bağlı açıqlama verən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, yayılan məlumat tamamilə uydurma və cəfəngiyyatdır.

O, Ramiz Zeynalovun hazırda da işdə olduğunu qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}