11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Şair-dramaturq Prezident Administrasiyasının şöbə müdirinə açıq məktub yazıb
Tarix: 27-10-2018 11:25 | Bölmə: Slayd
Şair-dramaturq Prezident Administrasiyasının şöbə müdirinə açıq məktub yazıb

Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-dramaturq Ramiq Muxtar Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya açıq məktub ünvanlayıb.

Son 6 ay ərzində üç dəfə əməliyyat olunduğunu qeyd edən iki zabit, veteran atası R. Muxtar Reyting.az vasitəsi ilə F. Əliyevaya açıq məktubunda yazır:

“Çox hörmətli Fərəh xanım!

Mən, şair-dramaturq Ramiq Muxtar 1980-ci ildən Yazıçılar Birliyinin üzvüyəm. 7 dram əsərim Bakı, İrəvan, Naxçıvan, Ağdam, Qazax Dövlət Dram teatrlarında Azərbaycan və rus dillərində tamaşaya qoyulmuşdur. Respublikada keçirilən hərbi vətənpərvərlik müsabiqələrində 8 dəfə mahnılarım I mükafata layiq görülmüşdür. Ulu öndərimizin şəxsi göstərişi ilə "Dünya Azərbaycanlılarının birlik himni"ni bəstəkar Nəriman Məmmədovla mən yazmışam. Bundan başqa, ölkəmizin ictimai-siyasi həyatında "Azərbaycan jurnalistlərinin himni"ni bəstəkar Eldar Mansurovla, "Bakı-Tbilisi-Qars" himnini bəstəkar Sərdar Fərəcovla, "Bakı-Tbilisi-Ceyhan" himnini bəstəkar Lalə Cəfərova ilə, "Avropa Oyunları", "İslam Oyunları" himnlərini Sərdar Fərəcovla, "Uşaq Flarmoniyası"nın himnini bəstəkar Lalə Cəfərova ilə birgə yazmışıq.

Gürcü-Azərbaycan dostluğundan bəhs edən "Şəhərli kürəkən" pyesinə görə Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze məni ölkənin ən ali ordeni - "Şərəf" ordeni ilə təltif elədi və pyesimi gürcü dilinə tərcümə etdirərək, Rustavi Teatrına göndərib.

Hörmətli Fərəh xanım!

Mən Heydər Əliyevin ən yaxın silahdaşı olmuşam. Bunu Prezident Administrasiyasında çalışanlar çox yaxşı bilirlər. Ağır günlərində iki dəfə onun görüşünə getmişəm. İsgəndər Həmidov onun üstünə ordu göndərəndə, mən o zaman Bakıda YAP-ı yaradanlardan biri olmuşam. Mənim YAP biletimdə tarix 11 mart 1993-cü il yazılıbdır. Ulu öndərimiz Bakıya gələndən sonra məni və övladlarımı Prezident Administrasiyasında işləməyə dəvət etdi. Oğlanlarım hərbi zabit olduqlarına görə imtina etdilər. Qızım isə müəllimə olmağı üstün tutdu. Heydər Əliyevin mənə olan münasibətini akademik Ramiz Mehdiyev, Fatma xanım Abdullazadə, Tariyel Ağayev və Səlahəddin Quliyev yaxşı bilirlər.

Şair-dramaturq Prezident Administrasiyasının şöbə müdirinə açıq məktub yazıb
R. Muxtar

Mən isə öz razılığım ilə Ekologiya və Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutuna direktor təyin etdi. Bu günə qədər mən həmin vəzifədə direktor kimi fəaliyyət göstərirəm.

Hörmətli Fərəh xanım!


Mən, Prezident təqaüdçüsüyəm. Rəsul Rza adına Beynəlxalq Mükafatın laureatıyam. 20 ildir 29 kv m. mənzildə 6 nəfər ailə üzvümlə yaşayıram. Mən Səbail Rayon İcra Hakimiyyətində 20 ildir ki, ev növbəsindəyəm, gedib arxivdən, çətinliklə də olsa, sərəncamı əldə edə bildim.

Mən Prezidentə məktub yazmışam. Mən yalvarış yox, öz haqqımı tələb edirəm. Siz isə o məktubu kənara atmısınız. Mən Əkrəm Əylisli deyiləm ki, şəxsi ambisiyam üçün ölkəni biabır edim. Mənim "Komsomolskaya Pravda" qəzetində məktubum dərc olunsa, Prezident azı 5 nəfərin kreslosunu boş qoya bilər.

Sizdən xahiş edirəm, birinci mənim yazılarımla tanış olun və xidmətlərimi nəzərə alıb, kənara atdığınız məktubu elə Prezidentin özünə qaytarın. Bəlkə cənab Prezident mənim mənzil məsələmi başqa birisinə həvalə edə.

Mən ağır şəkər, qanqrena xəstəsiyəm və ömrümün son günlərimi yaşayıram.

Sizdən xahiş edirəm, mənim qanuni haqlarımı bərpa edib, Səbail Rayon İcra Hakimiyyətində qanuni mənzil növbəsində olanların siyahısını tələb edin”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}