Prezident iki nazir müavini təyin edib, birini işdən çıxarıb - Sərəncamlar
Tarix: 30-10-2018 17:18 | Bölmə: Slayd
Prezident iki nazir müavini təyin edib, birini işdən çıxarıb

Prezident İlham Əliyev bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı sərəncamlar imzalayıb.

İlk sərəncama əsasən Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev, həmçinin Anar Rəhim oğlu Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Vüsal Nəsirli ilə Anar Əliyev həmin nazirlikdə nazirin müşaviri olublar. Anar Əliyev, eyni zamanda, Aparat rəhbəri vəzifəsini icra edirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}