11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Yerli icra hakimiyyətləri ilə bağlı fərman verildi - Dəyişiklik
Tarix: 30-10-2018 23:36 | Bölmə: Slayd
Yerli icra hakimiyyətləri ilə bağlı fərman verildi

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. Aşağıdakı məzmunda 3.12.4-1-ci, 3.12.4-2-ci və 4.12.3-1-ci yarımbəndlər əlavə edilsin:

"3.12.4-1. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasının formalaşdırılmasını və daim yenilənməsini təmin edir;

3.12.4-2. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin edir;”;

"4.12.3-1. məktəbəqədər təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək;”.

2. 4.18.1-ci yarımbənddə "bəndində” sözü "yarımbəndində” sözü ilə əvəz edilsin.

3. 4.18.2-ci yarımbəndə "4.11.17-ci,” sözlərindən sonra "4.12.3-1-ci,” sözləri əlavə edilsin və həmin yarımbənddə "bəndlərində” sözü "yarımbəndlərində” sözü ilə əvəz edilsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}