16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
300-dən çox şəhid ailəsinin sənədi nazirliyə göndərilib
Tarix: 31-10-2018 11:46 | Bölmə: Slayd
300-dən çox şəhid ailəsinin sənədi nazirliyə göndərilib

Şəhid hərbi qulluqçuların vərəsələrindən artıq 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

Reyting.az
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunur ki, indiyədək 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notariat kontorlarında qəbul olunaraq birdəfəlik ödənişin həyata keçirilməsi üçün elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi üçün notariat kontorlarında sənədlərin qəbulu prosesi davam edir.

Vərəsələr 2018-ci ilin 9 oktyabr tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (http://www.mlspp.gov.az) fəaliyyət göstərən “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, sorğu-axtarış edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar.

Dövlət başçısının qeyd olunan Fərmanının icrası olaraq, birdəfəlik ödəmənin çevik, şəffaf və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə verilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanmış Qaydalara əsasən, həmin ödəmənin alınması üçün sənədlərin “bir pəncərə” prinsipi əsasında, yəni yalnız notariat orqanları tərəfindən qəbul edilməsi həyata keçirilir.

Məlumata görə, ilin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.

Bununla yanaşı, şəhid hərbi qulluqçuların vərəsələrindən əvvəllər sığorta ödənişi edilmiş bir qismi bu ödənişi almadıqları iddiası ilə Nazirliyə və digər dövlət orqanlarına müraciət edib. Ümumilikdə 117 belə şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətləri nazirlikdə qeydə alınıb. Müvafiq araşdırma aparılmaqla, onlardan artıq 70 şəhid hərbi qulluqçunun vərəsəsinin sığorta ödənişini aldığını təsdiq edən sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilərək şikayətçilərə təqdim olunub. Digər 47 şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətlərinin araşdırılması davam edir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}