17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tələt Əliyev Azərbaycanın 2 milyon 400 min dollarını oğurlayıb
Tarix: 31-10-2018 16:53 | Bölmə: Slayd
Tələt Əliyev Azərbaycanın 2 milyon 400 min dollarını oğurlayıb

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın Baş Prokurorluğuna şikayət etməsilə əlaqədar keçmiş səfir Tələt Əliyevin keçirdiyi mətbuat konfarnası zamanı səsləndirdiyi ittihamlara cavab verib.

Azər Xudiyev bildirib ki, Tələt Əliyev Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman külli miqdarda dövlət vəsaitini mənimsəyib:

"Tələt Əliyev səfir olan zaman Ukraynada səfirliyin adına hektarlarla yerlər alıb, sonra da həmin obyektləri həyat yoldaşının adına keçirib. Əlimizdə bütün bunların hər birini sübut edən faktlar və sənədlər var. Tələt Əliyev 2007-2008-ci illərdə Azərbaycan dövlətinin vəsaiti hesabına alınan həmin mülkləri həyat yoldaşının və Səbinə Qasımova adlı xanımın adına keçirib. Konkret faktlarla da sübut olunub ki, Tələt Əliyev səfir işlədiyi dövrdə Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəasitini mənimsəyib. Təsəvvür edin ki, Tələt Əliyev Bakıdan geri çağırılması barədə məktubu alandan dərhal sonra tələm-tələsik bankdan hər həftə 320-350 min dollar vəsaiti çıxararaq, guya dövlət üçün otel-restoran tikdirmək adı ilə mənimsəyib. Sonra da həmin obyektləri öz həyat yoldaşının adına keçirdib. Mən bütün bunları bilən kimi Prokurorluğa, məhkəməyə müraciət edərək, həmin mülkləri Azərbaycan dövlətinin adına keçirtməyə nail olmuşam. Hazırda Tələt Əliyevin öz adına keçirdiyi mülklərdən biri qalıb. Çalışıram ki, o da Azərbaycan dövlətinin adına keçsin. Çünki o mülklərin hamısı Azərbaycan dövlətinin vəsaiti hesabına əldə edilib. Mən səfirəm və burada Azərbaycan dövlətini təmsil edirəm. Təbii ki, bütün bunlara göz yummaq dövlətimə xəyanət olardı. İndi ona görə də Tələt Əliyev burada şou yaradaraq, haqqımda yalan və böhtan məlumatlar yaydırır, məni gözdən salmağa çalışır. Normalda Tələt Əliyev o mülkləri dövlətin adına aldığı üçün özü xoşluqla Azərbaycan dövlətinin adına keçirtməli idi. Amma o, bunu etmək istəmədi. Əksinə, bu cür şoular düzəltməklə Azərbaycan dövlətini gözdən salmağa çalışır".

Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləyib:

"Əlbəttə ki, mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də Nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim. İndiyədək bu məsələni ictimailəşdirmək fikrimiz yox idi. Tələt Əliyevin öz çirkin əməllərini ört-basdır etmək üçün düzəltdiyi şou bizi buna vadar etdi. Əlimizdə konkret məhkəmə sənədləri, faktlar, dəlillər var. Bu vəsaitlərin mənə də qətiyyən bağlılığı yoxdur. Çünki məndən xeyli illər öncə bu dövlət vəsaitləri, mülk, əmlak, avtomobillər həmin vaxtı səfir olan Tələt Əliyev tərəfindən oğurlanıb, sonra isə yaxınlarının adına keçirilib. Tələt Əliyev 2 milyon 400 min dollar dövlət vəsaitini oğurlayıb. Hazırda əlimizdə bunun faktlığını sübut edən çeklər var. 2008-ci ilin dekbarında Azərbaycan dövləti səfirliyə 2,4 milyon ABŞ dolları məbləğində pul göndərib, həmin vaxtı səfir olmuş Tələt Əliyevə isə Bakıda geri çağırılması barədə məktub göndərilib. Tələt Əliyev də yerini başqa səfirin göndərildiyini bilib, dərhal hərəkətə keçib. Nəticədə isə o, 4-5 ay ərzində 2,4 milyon ABŞ dolları vəsaitini həfətədə 300-350 dollar bankdan çıxardaraq, təmir adı ilə mənimsəyib. Mən tikinti üzrə ekspertlər dəvət etdim. Onlar həmin binanı yoxladılar, məlum oldu ki, həmin tikilidə ümumiyyətlə heç bir təmir işləri aparılmayıb. İndi həmin sənədlər möhürlü şəkildə əlimizdədir. Lazımı qurumlara təqdim edilib".

2016-cı ildən Ukraynada Azərbaycan səfiri kimi fəaliyyətə başladığını vurğulayan A. Xudiyev qeyd edib ki, həmin müddətdən bəri bu ölkədə Azərbaycanla bağlı bir sıra böyük işlər görülüb:

"Biz dövlətimizin və cənab Prezidentimizin rəhbərliyi altında qısa zamanda Ukraynada xeyli sayda işlər görmüşük. Mən sədir təyin olunandan sonra Ukraynada 4 mədəniyyət mərkəzi almışıq. Bu yaxınlarda daha birinin açılışı olacaq. Biz burada öz soydaşlarımız üçün, Azərbaycandan gələn qonaqlar üçün qonaq evi tikirik. Azərbaycandan gələn soydaşlarımız həmin yerlərdə pulsuz qala biləcəklər. Bütün bunları biz özbaşına etmirik, dövlətimizin dəstəyi və tövsiyəsi ilə Səfirlik olaraq Ukarynadakı soydaşlarımız üçün edirik. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, dövlətimiz öz soydaşlarına böyük diqqət və qayğı ilə yanaşır. Çox təəssüf ki, Bakıda oturan bəzi adamların bunu gözü götürmür, dövlətin siyasətini axsatmağa çalışırlar. Yəqin ki, Tələt Əliyevi də Bakıdan kimlərsə idarə edir, onun məsələsinin 100 faiz Bakıdakı bəzi şəxslərlə əlaqəsi var".

Xatırladaq ki, Tələt Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. (Ölkə.Az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}