Putin hərbi kəşfiyyatın əvvəlki adının bərpa edilməsini istəyir
Tarix: 03-11-2018 00:24 | Bölmə: Slayd
Putin hərbi kəşfiyyatın əvvəlki adının bərpa edilməsini  istəyir

Prezident Vladimir Putin Rusiya hərbi kəşfiyyatına “Baş Kəşfiyyat İdarəsi” adının bərpa edilməsi təklifini irəli sürüb.

Reyting.az-ın xəbərinə görə, Putin qeyd edib ki, hərbi kəşfiyyatın adından “kəşfiyyat” sözünün hara yoxa çıxması “aydın deyil”.

“Bərpa etmək lazımdır”, - prezident ölkənin hərbi kəşfiyyatının yaradılmasının 100 illiyi ilə bağlı xidmətin əməkdaşları qarşısındakı çıxışında vurğulayıb.

O eyni zamanda qeyd edib ki, kəşfiyyat hərbi işin və hərb elminin ayrılmaz hissəsi sayılır.

Prezidentin sözlərinə görə, həmişə belə olub.

Hazırda Rusiyanın hərbi kəşfiyyatı Silahlı qüvvələrin Baş qərargahının Baş İdarəsi adlanır.

1992-ci ilə qədər Baş Kəşfiyyat İdarəsi adlanırdı. Halubiki ölkələrin çoxunun hökumətində Rusiya hərbi kəşfiyyatını yenə Baş Kəşfiyyat İdarəsi adlandırırlar.

Məsələn, oktyabr ayında Böyük Britaniya, Niderland və ABŞ məhz Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarını kiber hücumda günahlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}