Dövlət qulluğuna işə qəbul başlayır - 12 vakant vəzifə var
Tarix: 03-11-2018 12:12 | Bölmə: Slayd
Dövlət qulluğuna işə qəbul başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında A və B növünə aid dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

Reyting.az
DİM-ə istinadla xəbər verir ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 3-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 9-u isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Ekologiya və Təbii Sərvətlər Nazirliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə , Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Mədəniyyət Nazirliyində 1 vəzifə, Energetika Nazirliyində 1 vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə və Maliyyə Nazirliyində 5 vəzifə olmaqla 12 vakant vəzifə elana çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 2 dekabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}