07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Avropanın aparıcı futbol klubları Superliqa yaradır - Fotolar
Tarix: 03-11-2018 14:30 | Bölmə: Slayd
Avropanın aparıcı futbol klubları Superliqa yaradır

Avropanın aparıcı futbol klubları Çempionlar liqasına rəqabətli ola biləcək və 2021-ci ildə start götürəcək elit liqa yaratmaq üzərində işləyirlər.

Reyting.az bildirir ki, “Spegel” nəşrinin məlumatına görə, Superliqa adlanacaq yarışmada 16 klubun iştirakı gözlənilir.

Bunlar İspaniyanın “Real”və “Barselona, İngiltərənin “Mançester Yunayted, “Mançester Siti”, “Çelsi”, “Arsenal”, “Liverpul”, İtaliyanın “Yuventus” və “Milan”, eləcə də Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları olacaqlar.

Avropanın aparıcı futbol klubları Superliqa yaradır

By klubların hamısının liqada onu yaradıcısı kimi çıxış etmək hüququ olacaq. Daha 5 komanda – İtaliyanın “Roma”, “İnter”, Madridin “Atletiko”, Fransanın “Marsel” və Almaniyanın “Borrusiya” (Dortmund) turnirdə qonaq kimi iştirak edəcək.

Ehtimal olunur ki, yarışın təşkilatçıları UEFA-dan çıxıb Superliqada 20 il ərzində oradan kənarlaşmadan iştirak etmək hüququ ələdə edəcəklər.

Avropanın aparıcı futbol klubları Superliqa yaradır

Almaniyalı jurnalistlərin məlumatına görə, Münhenin “Bavariya” klubu hələ iki il əvvəl milli çempionatın tərkibindən çıxmaq imkanlarını müzakirə edib.

Klublar noyabr ayı boyunca niyyətləri barədə birgə bəyanat imzalamağı planlaşdırırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}