17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Diktatorun fanatı İspaniyanın baş nazirini öldürməyə hazırlaşıb - Foto
Tarix: 08-11-2018 17:24 | Bölmə: Cəmiyyət
Diktatorun fanatı İspaniyanın baş nazirini öldürməyə hazırlaşıb

Kataloniyadan olan 63 yaşlı snayper avtomat və snayper tüfəngi də olmaqla 16 ədəd odlu silah almaqla əsl silah arsenalı ehtiyatı toplayıb

İspaniyanın hüquq-mühafizə orqanları krallığın hökumət başçısı Pedro Sançesə sui-qəsd planlaşdırmaqda şübhəli bilinən cinayətkarı saxlayıblar.

Reyting.az bildirir ki, “Publico”nun yazdığına görə, 63 yaşlı şübhəli Kataloniyanın Terrassa şəhərinin sakini, əvvəllər snayper kimi xidmət edən Manuel Murilyo Sançesdir.

Onun evində axtarış zamanı hüquq-mühafizə orqanları avtoimat və snayper tüfəngi də olmaqla 16 ədəd odlu silah aşkar edib.

Diktatorun fanatı İspaniyanın baş nazirini öldürməyə hazırlaşıb

Həbsdən sonra İspaniyanın baş nazirni diktator vadidə həlak olan Fransisko Frankonun qalıqlarını hökumətin ekskumasiya etmək planına görə öldürmək istədiyini söyləyib.

Sançesdən polisə niyyətini duyan tanışlarından biri şikayət edib.

O, hazırda həbsdədir, Milli məhkəmə ona silahdan istifadə etməklə hakimiyyətə qarşı terrorçuluq və sui-qəsd ittihamı elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}