14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Tibb dünyası şokda: Məşhur həkim intihar etdi
Tarix: 09-11-2018 16:20 | Bölmə: Cəmiyyət
Tibb dünyası şokda: Məşhur həkim intihar etdi

İzmirdə Qazi xəstəxanasının ortağı, eyni zamanda İdarə Heyətinin sədri, Altınordu İdman Klubu Dərnəyi başqanı doktor Saleh Mertan evində başına silahla atəş açaraq intihar edib.

Reyting.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, intihardan əvvəl hər hansı məktub yazmayan Mertanın cansız bədənini qapıçı tapıb.

Məlumatda Mertanın son dövrdə qəbul etdiyi dərmanlar səbəbibdən psixologiyasının pozulduğu qeyd olunub.

Olay bu gün yerli vaxtla səhər saat 9 radələrində Konak rayonu, Alsancak Birinci Kordon Atatürk Prospekti nömrə 230-da meydana gəlib. 70 yaşlı Saleh Mertanın dairəsindən silah səsləri eşidən mənzil qapıçısı açarı ilə qapını açıb içəri girib.

Mertanı qanlar içində yerdə yatarkən tapan qapıçı vəziyyəti polisə və səhiyyə dəstələrinə bildirib.

Onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}