12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Nazir 217 yüksək vəzifəyə işçi axtarır - Müsahibə
Tarix: 12-11-2018 14:20 | Bölmə: Slayd
Nazir 217 yüksək vəzifəyə işçi axtarır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə 4 müşavir seçmək üçün daxili müsahibə elan edib.

Reyting.az
xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin - nazirliyin aparatında, şəhər və rayon təşkilatlarında 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon (şəhər) Məşğulluq mərkəzləri üzrə 54 boş yerə müsahibə keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər