Prezident İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıb
Tarix: 12-11-2018 17:15 | Bölmə: Slayd
Prezident İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfirinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Reyting.az
-ın məlumatına görə, müvafiq sərəmcamda deyilir:

“Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

Qeyd edək ki, Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}