12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Meksikanın yeni prezidenti təyyarəsini satır - Fotolar
Tarix: 13-11-2018 20:49 | Bölmə: Slayd
Meksikanın yeni prezidenti təyyarəsini satır

Meksikada prezident seçkilərini qazanan və dekabrın 1-də and içərək vəzifəyə başlayacaq yeni lider Andres Manuel Lopez Obrador, seçki kampaniyası zamanı satmağı vəd etdiyi üçün lüks prezident təyyarəsinin "reklamını edib", "Satın alacaq adama təyyarəni mərasimlə şəxsən mən təslim edəcəyəm" deyib.

Meksikanın yeni prezidenti təyyarəsini satır

Reyting.az bildirir ki, iyul ayında keçirilən seçkiləri qazanan Obrador, "Ölkədə bu qədər yoxsulluq varkən minməyə utanıram" dediyi Boeing Dreamliner 787-8 tipi təyyarə üçün "Bütün dünyaya müraciət edirəm. Bu komfortlu, müasir təyyarənin restoranı və yataq otağı var. İçi çox genişdir. Məsələ təkcə qiyməti deyil. Şöhrəti də var" deyə söyləyib.

2012-ci ildə keçmiş dövlət başçısı Felipe Kalderonun sifariş etdiyi təyyarə iki il əvvəl təhvil verilib. 392 milyon dollar ödənən təyyarənin illik xərcinin 25 milyon dollar olduğu bildirilir.

Meksikanın yeni prezidenti təyyarəsini satır

Meksikanın Boeing Dreamliner 787-8 tipi 218 milyon dollarlıq prezident təyyarəsi, dünyanın ən bahalı prezident təyyarələri arasındadır.

64 yaşlı Obrador, seçki kampaniyası zamanı bədxərcliyə son vermək vədinə sadiq qalıb, özünün və digər hökumət rəsmilərinin maaşlarını azaldıb.

Meksikanın yeni prezidenti təyyarəsini satır

Prezident sarayını mədəniyyət mərkəzinə çevriləcəyini açıqlayan Obrador, həmçinin prezidentin mühafizəçilərinin vəzifəsinə son verəcəyini, hər səhər 07:00-da mətbuat konfransı keçirərək "ölkənin tarixi dönüşü" üçün görüləcək işləri açıqlayacağını söyləmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər