07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ermənistan və Qarabağ hərbi-siyasi ittifaq müqaviləsi imzalayacaq
Tarix: 14-11-2018 18:43 | Bölmə: Slayd
Ermənistan və Qarabağ hərbi-siyasi ittifaq müqaviləsi imzalayacaq

Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimlə hərbi-siyasi ittifaq haqqında razılaşma imzalayacaq.

Reyting.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, bunu qondarma respublikanın “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəyan edib.

“Bu elə bir sənəd olmalıdır ki, orada Ermənistanın “Artsax xalqı”nın təhlükəsizliyinin qarantı olması qeyd edilsin. Biz bu təkliflə Ermənistanın rəhbərliyinə may ayında müraciət etmişik və təklifimiz qəbul olunub”, - Balasanyan vurğulayıb.

Ermənistan və Qarabağ hərbi-siyasi ittifaq müqaviləsi imzalayacaq

O qeyd edib ki, Ermənistandakı daxili siyasi hadisələrlə bağlı sənədin imzalanması təxirə salınıb.

“Ancaq düşünürəm ki, parlament seçkilərindən qısa müddət sonra bu sənəd imzalanacaq”, - Balasanyan söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}