ABŞ-ın ən böyük yanğın fəlakəti - Fotolar
Tarix: 14-11-2018 23:43 | Bölmə: Cəmiyyət
ABŞ-ın ən böyük yanğın fəlakəti

Kaliforniyadakı meşə yanğınlarında kabus qəsəbəyə çevrilən Paradisedə altı nəfərə aid cəsəd qalıqları daha tapılıb.

Reyting.az xarici mediaya istinadən bildirir ki, alov fırtınasının qarşısında hazırda 57 min ev və iş yeri var.

ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınlarında insan itkisi 48-ə yüksəlib.

ABŞ-ın ən böyük yanğın fəlakəti

İndidən əyalətin ən ölümcül yanğını kimi tarixə keçən alov fırtınasını Kaliforniyanın şimal və cənubunda dayandırmaq mümkün olmur.

ABŞ-ın ən böyük yanğın fəlakəti

San-Fransiskonun 280 kilometr şimalındakı Paradise az qala xəritədən silinib və bir kabus qəsəbəyə çevrilib.

ABŞ-ın ən böyük yanğın fəlakəti

CNN İnternational cənubdakı Los-Anceles ətrafını külə çevirən yanğınların indidən Atlanta ştatından daha geniş bir sahəyə yayıldığını bildirir.

ABŞ-ın ən böyük yanğın fəlakəti

Ötən həftədən bu yana davam edən alov fırtınasında 7 min ev yanıb, 200 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

ABŞ-ın ən böyük yanğın fəlakəti

Yanğında Miley Kyrus, Robin Thicke, Gerard Butler kimi bir çox məşhurun da evləri kül olub.

ABŞ-ın ən böyük yanğın fəlakəti

Rəsmiləri ölənlərin sayının artması narahat edir.

ABŞ-ın ən böyük yanğın fəlakəti

Digər tərəfdən, yanğından qaçmağa çalışanların paylaşımları da faciənin dəhşətli miqyasını nümayiş etdirir.

ABŞ-ın ən böyük yanğın fəlakəti

Instagramda Rebecca Hackett adlı bir nəfər, avtomobillə müəssisəsindən qaçmağa çalışarkən yaşadıqlarını qeyd edib.

Tunelə girdikdə sanki alov fırtınası ilə qarşılaşan Hackett bir müddət sonra çəkilişi dayandırıb.

ABŞ-ın ən böyük yanğın fəlakəti

Təqibçilərinin böyük panika yaşamasından sonra Hackett paylaşımda çətin də olsa xilas olduğunu bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}