Çingiz Qənizadə Gəncədə və Şəmkirdə yeyib-içən deputatlara mesaj yolladı
Tarix: 15-11-2018 12:53 | Bölmə: Slayd
Çingiz Qənizadə Gəncədə və Şəmkirdə yeyib-içən deputatlara mesaj yolladı

Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq Konstitusiyaya yazıldı ki, deputat şəxsən özü səs verməlidir.

Reyting.az bildirir ki, bunu Milli Məclisin bugünkü iclasında "Milli Məclis deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

Onun fikrincə, kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etmirsə, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır: “Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik”.

Çingiz Qənizadə Milli Məclisin iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: “Bəziləri saat 12:00-da Milli Məclisin iclasına gəlir, saat 14:00-dan - fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Deputat İlham Əliyev Çingiz Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir: “Deputat iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzürlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət oluruq, bu tədbirlər də, adətən, günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyəti yoxdur. Hər bir deputat özünə cavabdehdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}