12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Səudiyyəli jurnalistin öldürülməsinin təfərrüatı açıqlandı
Tarix: 15-11-2018 18:56 | Bölmə: Cəmiyyət
Səudiyyəli jurnalistin öldürülməsinin təfərrüatı açıqlandı

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçını ölümcül inyeksiya ilə öldürüb, onun bədənini parçalayaraq ölkənin İstanbuldakı konsulluğundan çıxarıblar.

Reyting.az bildirir ki, bunu Səudiyyə Ərəbistanının baş prokurou bəyan edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından İstanbula gələn qrupun rəhbərinin məqsədi qəzəbə gəlmiş jurnalist Kaşıkçını krallığa qaytarılması olub, əməliyyatın iflasa uğrayacağı təqdirdə isə məhv etmək əmri verib.

Baş prokuror deyib ki, jurnalistin arxasınca gedənlər jurnalisti vətəninə qayıtmağa inandıra bilməyiblər. Bundan sonra Kaşıkçıya böyük miqdarda narkotik madə vurublar və bu onun ölümü ilə nəticələnib.

“Kaşıkçının bədəni öldürüləndən sonra parçalanıb və konsulluğun ərazisindən çıxarılıb”, - baş prokuror sputnik telrkanalı ilə yayınlanan mətbuat konfransında açıqlayıb.

Baş prokurorun sözlərinə görə, jurnalistin bədəni “yerli yoldaşa” verilib. O, qeyd edib ki, onun fotorobotu əldə edilib və Türkiyə tərəfinə təhvil veriləcək.

Krallığın təbəələrinin daxil olduğu qrup, baş prokurorun sözlərinə görə, Səudiyyə Ərəbistanı Ümumi kəşfiyyat xidməti rəhbərinin keçmiş müavini Əhməd əl-Asirinin göstərişi ilə formalaşdırılıb. O, jurnalistlərə bu qrupun iştirakçılarının ad və soyadları açıqlamaqdan imtina edib.

Baş prokuror qeyd edib ki, əl-Asiri Kaşıkçını istənilən vasitə ilə - könüllü, yaxud zor tətbiq etməklə krallığa gətirməyi əmr edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq