12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
İlham Əliyev Sumqayıtdan Bakıya qatarla qayıdıb - Fotolar
Tarix: 16-11-2018 15:04 | Bölmə: Gündəm
İlham Əliyev Sumqayıtdan Bakıya qatarla qayıdıb

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfəri zamanı Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak edib.

Reyting.az bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt dəmir yolu stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı görülən və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlət başçısına məlumat verib.

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla qayıdıb

Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla qayıdıb

Sonra prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya qayıdıb.

Bakı dəmir yolu vağzalına gələn prezident İlham Əliyev burada 2016-cı ildən bəri alınan yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikalarına baxıb. “EVOLUTİON” seriyalı teplovoz Qazaxıstan istehsalıdır və saatda 120 kilometr sürətlə hərəkət edir. Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanda istehsal olunub və sürəti saatda 100 kilometrdir.

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla qayıdıb

Dövlət başçısına “Alstom Transport” ikisistemli sərnişin lokomotivi də təqdim olunub. Bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir.

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla qayıdıb

Bütövlükdə Avstriya, Rusiya, Çexiya və digər ölkələrdən alınan yeni lokomotiv və avadanlıqlar təmir-tikinti və istismar proseslərinin tamamilə avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə imkan yaratmaqla dəmir yollarında daşımaların təhlükəsizliyini gücləndirəcək, xüsusilə də sərnişinlərə xidməti daha yüksək səviyyəyə qaldıracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər