İsrail tarixində ilk dəfə Bakıya ərəb-xristianı səfir təyin edib - Foto
Tarix: 17-11-2018 00:10 | Bölmə: Siyasət
İsrail tarixində ilk dəfə Bakıya ərəb-xristianı səfir təyin edib

İsrailin Xarici İşlər Nazirliyi yəhudi dövlətinin tarixində ilk dəfə xristian ərəbi səfir təyin edib.

Reyting.az bildirir ki, bu barədə “Alman dalğası” ölkənin xarici siyasət idarəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Corc Dik 2019-cu ilin yayından İsrailin Azərbaycandakı səfirliyinə rəhbərlik edəcək.

İsrail tarixində ilk dəfə Bakıya ərəb-xristianı səfir təyin edib

Yaffada doğulan 34 yaşlı Dik İsrailin Xarici İşlər Nazirliyində ştata qəbul edilən ilk və hələ ki yeganə xristiandır.

O, beynəlxalq hüquq üzrə mütəxəssisdir, təhsilini İsraildə alıb, 10 ildən çoxdur diplomatik xidmətdədir.

Dik Nigeriya və Norveç səfirliklərində işləyib, ivrit, ərəb ingilis və fransız dillərində sərbəst danışır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}