12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Prezident Dövlət Komitəsi ilə bağlı sərəncam imzalayıb
Tarix: 17-11-2018 16:27 | Bölmə: Slayd
Prezident Dövlət Komitəsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.


Sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:


Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:


Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;

Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;

Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;

Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;

Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;

Bakı Baş Gömrük İdarəsinin rəisi;

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Reyting.az




Bölməyə aid digər xəbərlər