17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
AXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Fotolar+Yenilənir
Tarix: 17-11-2018 18:18 | Bölmə: Siyasət
AXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Bir müddət əvvəl Şəhidlərin Xiyabanında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

Bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

A.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar yürüş ediblər və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.(Virtualaz.org)

***
Məlumata görə, Ə. Kərimli ilə C. Həsənlinin aparıldığı Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.

Qeyd olunur ki, tibbi yardım avtomobilinin gəlməsi C. Həsənlinin halının pisləşməsi ilə əlaqədardır.

***
Cəmil Həsənli gecə saatlarında sərbəst buraxılıb. O da dərhal sosial şəbəkədə canlı yayıma çıxıb və baş verənlər haqda danışıb.

Reyting.az-ın məlumatına görə, bu barədə musavat.com xəbər verib.

Səhhəti ilə əlaqədar polis idarəsinə təcili yardım maşınının gəlməsi haqda da danışan Cəmil Həsənli hazırda səhhətinin yaxşı olduğunu bildirib.

C. Həsənlinin sözlərinə görə, əvvəlcə onlar Əli Kərimli ilə bir otaqda olublar. Sonra Ə. Kərimlini başqa otağa keçiriblər. Onun ardınca Cəmil Həsənlini də ora aparıblar. Saat 22:10 radələrində C. Həsənlini yenidən başqa otağa keçiriblər və sonra buraxıblar.

Cəmil Həsənlinin sözlərinə görə, polisdə onlara normal münasibət olub.

AXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldıAXCP sədri Əli Kərimli və Cəmil Həsənli saxlanıldı




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}