Diktator işgəncə verir, qarət edirdi, arvadı isə... - Fotolar
Tarix: 01-12-2018 00:41 | Bölmə: Slayd
Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

Filippinin diktatoru Ferdinand Markos ölkədə işgəncələri ilə yadda qalıbsa, həyat yoldaşı İmelda da bədcərxliyi ilə tanınıb. Onun bədxərcliyi haqqında indiyədək əfsanələr danışılır. Əri müxalifətçiləri qan içində boğub büdcə qarşısında əriyən pullarla ciblərini dolduranda, birinci ledi Nyu-York mağazalarında sutka ərzində milyonlarla dollar xərcləyib. Bəziləri ona dəbdəbəli həyat sürdüyünə görə nifrət edirdi. Şayiələrə görə, İmeldanın bahalı daşlarla bəzədilən bir neçə min cüt ayaqqabısı olub, o, ən zərif ipək parçadan tualet kağızına üstünlük verib. Digərləri onun ədaları, incəliyi və gözəlliyinə heyran olublar.


Yoxsul ölkənin büdcəsindən oğurlanan milyard dollarlar hara sərf edilib?

Filippindən daşınan sərvətlər


Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

“Onda adama elə gəlirdi ki, onlar Filippinin demək olar bütün büdcəsini özləri ilə aparıblar. Prezident və arvadı hakimiyyətə gələn müxalifətçilərin və qəzəbli kütlənin əlindən özəl təyyarə ilə böyük yüklə Havay adasına uçub: onlar özləri ilə 23 böyük taxta sandıq, 12 böyük çamadan və çanta, yüzlərlə qutuda müxtəlif brendlərin geyimləri, habelə 400-dən çox zərgərlik malları, o cümlədən qiymətli daşlarla naxışlanmış 70 cüt qol düyməsi aparıblar. Qutulardan birində birinci ledi İmeldanın ərinə hədiyyələri olub: 24 qızıl külçə vardı və hər birinin üzərində “Ərimə toyumuzun 24-cü ildönümü münasibətilə” yazılıb”, - öz həmkarları ilə birgə Filippinin birinci cütlüyünü qarşılayan amerikalı gömrükçü xatırladır.

Cütlüyün üzərində kiçik xərclər üçün nəzərdə tutulan 27 milyon Filippin pesosu, o vaxtkı kursla 15 milyon dollar aşkar olunub. Həmin vaxt Filippin əhalisinin təxminən yarısı gündə 2 dollardan az pula yaşayıb.

Diktatorun adi həyatı

Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

Ferdinandın İmelda ilə sevgi münasibəti sürətlə inkişaf edib: yoxsul yaşayan “Filippin gözəli” və varlı valideynlərin oğlu ilk baxışdan bir-birinə vurulublar və tanışlıqdan 11 gün sonra evləniblər. “Bu qadın mənə arzuladığım hər şeyə nail olmağa kömək edib”, - Ferdinand adətən deyirdi. Arvadı onun böyük siyasətə qoşulmaq qərarını hamıdan əvvəl dəstəkləyənlərdən biri olub. Nəticədə 1965-ci ildə filippinlilərə korrupsiya ilə mübarizə aparacağını vəd edərək prezident olub. Faktiki olaraq mütləq hakimiyyətini quraraq, dövlət başçısı ciblərini doldurmağa başlayıb. Hüquq təhsili alan Ferdinand səliqə ilə fəaliyyət göstərib: ona məxsus olan bütün şirkətləri saxta şəxslərin adına qanuniləşdirib.

Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

Prezident o qədər iştaha gəlib ki, ölkədəki bütün şirkətləri mənimsəməyə başlayıb. Məsələn, ölkənin ən varlı adamlarından biri Euqenio Lopesə məxsus “Meralco” şirkəti onun xoşuna gəlib. Biznesmenin oğlunu prezidentə sui-qəsdin təşkilində günahlandırıblar. Onu ən yaxşı halda bir neçə on il azadlıqdan məhrumetmə, ən pis halda ölüm hökmü gözləyib. Markos Lopesə alicənablıqla saziş təklif edib: ittihamdan imtina əvəzinə biznesmen dövlət başçısına dəyəri bir neçə milyon ABŞ dolları olan şirkətinə bir neçə yüz təklif edib.

O, Yaponiyadan alınan təzminata, ABŞ-ın ayırdığı iqtisadi yardıma, habelə beynəlxalq bankların onun ölkəsinə verdiyi kreditlərə də əl qoyub. Pul prezidentin cibinə o qədər çox yığılırdı ki, özü onunla nə etmək olduğunu bilmirdi. Lakin yenə dayanmırdı, daha çox pul götürürdü.

Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

Sxem xırdalıqlarına qədər işlənilir: bank əməkdaşları hər həftə saraya pul kisələri gətirir, sonra ofşşorlara köçürülürdü. Təkcə İsveçrə bankında prezidentin 69 hesabı vardı. Cütlüyün bütün dünyada nə qədər bina və mənzili olduğunu söyləmək çətindir. İstisna deyil ki, onlar özləri də nə qədər daşınmaz əmlaka sahib olduqlarını başa büşmürdülər. Təkcə Manhettendəki dörd göydələn onlara məxsus olub. Onlarla şəxsi təyyarədən, helikopterdən, “Mercedes”lərdən və digər dəbdəbəli nəqliyyat vasitəsindən danışmağa isə ehtiyac yoxdur.

Bundan başqa, Markos ailəsi incəsənət əşyalarını da sevirdi. Onların kolleksiyasında Mikelancelo, Qoya, Mone, Mane, Brak, Pissarro və bir çox digərlərinin dünya rəngkarlığının onlarca şah əsəri olub. O zaman dövlət başçısı yeni gəlir mənbələri axtarmaq barədə baş sındırıb, onun arvadı İmelda saysız-hesabsız sərvətləri hara xərcləmək haqda düşünüb.

Birinci xanımın adətləri

Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

“Bizim ailə Filippinin sahibidir”, - o, belə qürurlanmağı xoşlayırdı. İmeldanın bədxərcliyi haqqında əfsanələr qoşulub, nəyin həqiqət, nəyin uydurma olduğunu indi anlamaq çətindir. Məsələn, filippinlilər bir-birinə danışırdı ki, birinci ledi bir rulonunun qiyməti 20 dollardan az olan tualet kağızından istifadə etməyəcək. Bu zaman həmin kağız nazik ipəkdən hazırlanır və əl ilə doğranırdı. Birinci ledinin əhatəsindəki hər şey dəbdəbəli olmalı idi.

O, 1983-cü ildə iki günə Nyu-York mağazalarında 5 milyon dollara yaxın xərcləyib. “Tənələr eşitməkdən yorulmuşam: burada milyon, orada milyon (...) Buna bax, milyon! Nə qədər xırdaçılıqdır!”, - birinci xanım etiraz edirdi. O sözün həqiqi mənasında gözəl yaşamağı bacarırdı. Hətta belə şayiə dolaşırdı ki, İmelda Filippin kurortlarındakı yeni çimərliklərdən birinə Avstraliyadan qum gətirilməsini əmr edib. Bunun ölkənin büdcəsinə neçəyə başa gəldiyi, həqiqətdirmi? Bu haqda real fakt hələ ki yoxdur.

İmeldanın mübtəlalığı ilə bağlı daha çox hekayə ayaqqabılarla bağlıdır. Yeri gəlmişkən, o zaman filippinlilərin 40 faizi ayaqyalın gəzirdi. Lakin birinci xanımın üç min cütdən çox ayaqqabısı vardı. Cütlük ABŞ-a qaçandan sonra onların sarayında ayaqqabıların üçdə biri qalıb. Sonra adalıların açdıqları muzeydə birinci xanıma məxsus qızıl və qiymətli daşlarla bəzədilmiş ayaqqabılarını görmək olardı. Məlumdur ki, filippinli qadın kimi İmeldanın ayaqqabısının ölçüsü böyük idi.

Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

Diktatorun arvadının daha bir ehtirası zinət əşyalarına olub. Onlardan ən sevimlisi vaxtilə sonuncu Rusiya çarı II Nikolayın ailəsinə məxsus olmuş, İmeldaya 4 milyon dollara başa gəlmiş 25 inciləri olan taclı brilyant idi. Sonradan yerli KİV-lərdə yazılırdı ki, bu bahalı brilyantın birini satmaqla 4 min filippinli yeniyetməni universitetdə oxutmaq olardı.

Prezidentin arvadı həftədə bir neçə dəfə dəbdəbəli gecələr təşkil edər, burada filippinli qrand-xanımlar gəzişərdi. Yerli dizaynerlərin sözlərinə görə, onlar həmişə yeni paltarlar tikmək üçün həddindən artıq yükləniblər. İmelda acgözlük rəmzinə çevrilibmiş: o həftədə paltarlarına yüz min dollar xərcləyir, donu, bluzkası və kostyumları Fransa və İtaliyadan təyyarə ilə gətirilərdi. Birinci ledi tez-tez alış-veriş üçün özü Avropaya uçurdı.

Markosların gecəsinə istənilən filippinli məmur düşməyi arzulayırdı. Prezident və onun arvadının evində kim gecələyirdisə, bahalı mebeli olan dəbdəbəli otaqda qalırdı.

Birinci ledi həqiqi çar ailəsi olduğunu kiçik qızının toyu zamanı nümayiş etdirib. Mərasim üçün xüsusi hotel və təyyarələrin uçuş-enmə zolağı tikilib, onlarla ev səliqə-sahmana salınıb ki, evlənən gənclər onların yanından keçiblər. Maşınları-karetləri Avstriyada sifariş ediblər, atları isə Mərakeşdən gətiriblər.

3,2 min insan öldürülüb

Ferdinand Markos dövlətə 30 il müddətində rəhbərlik edib. 70-ci illərin əvvəlində “qaykaları” birdəfəlik bağlayıb: ölkədə parlamenti buraxmağa, konstitusiyanı qüvvədən düşməyə, KİV və məhkəmələri nəzarət altına almağa, eləcə də müxalifətçilərin “ovu” yolunu açmağa imkan verən fövqəladə vəziyyət tətbiq edib. Bu müddətdə fərqli düşünən 30 mindən çox adam – tələbə, mədəniyyət və incəsənət xadimi, müəllimlər, siyasətçilər həbs olunub. Onların çoxu işgəncəyə, zorakılığa məruz qalıb, döyülüblər. 3,2 min insan öldürülüb, yüzlərlə insan hələ də itkin düşmüş sayılır.

Təəccüblüsü o idi ki, Amerika və Yaponiya hakimiyyəti prezidentin vəsaitləri necə xərclədiyi haqda yaxşı məlumatlı olub. Lakin onlar baş verənlərə göz yumublar. 1986-cı ildə müxalifətçilər ordunun dəstəyi ilə Markosu devirib. Sarayı mühasirəyə alan kütlə diktatoru və onun ailəsini parçalamağa hazır olub. Lakin o, ailəsi ilə birlikdə ABŞ-a qaça bilib.

Bu arada Manilada antikorrupsiya tribunalı yaradılıb. Keçmiş dövlət başçısına və onun tərəfdarlarına yüzlərlə cinayət işi qaldırılıb. Ancaq əlində külli miqdarda pul olan prezidenti ələ keçirmək asan deyildi. Dünyanın ən yaxşı vəkilləri qanunvericilikdə boşluqlar axtarmaqla məhkəmə proseslərini uzadıblar.

1989-cu ildə Sietlidə andlılar qərara alıblar ki, ərlə arvad 1981-ci ildə iki müxalifətçini öldürmək məqsədilə sui-qəsddə iştirak edib. Məhkəmə ölənlərin ailələrinə 1,5 milyon dollar ödənməsi haqda qərar çıxarsa da, bu məbləğ indiyədək onların doğmalarına verilməyib.

Diktator işgəncə verir, qarət edirdi, arvadı isə...

Markos 1989-cu ildə Qonolulada ölüb: 72 yaşlı siyasətçinin böyrəkləri sıradan çıxıb. O, ölümündən az əvvəl öz milyardlarına çox romantik izah tapıb. “Mən Tomoyuki Yamasitanın dəfinəsini tapmışam (Filippində müharibə zamanı yapon işğalçı qoşunlarının komandanı olub)”, - keçmiş diktator söyləyib. Şayiələr dolaşırdı ki, hərbçi gizli mağarada qiymətli incəsənət əsərləri və qızıl külçələr gizlədib. Onu edam ediblər, sirləri, yaxud özünün saysız-hesabsız sərvətləri ilə bağlı mifi özü ilə qəbirə aparıb.

İmeldaya qarşı yüzdən çox məhkəmə işi qaldırılıb. Onların əksəriyyəti həyat yoldaşı Ferdinand Markosun hakimiyyətdə olduğu müddətdə qanunsuz zənginləşmə ilə bağlı olub.

1993-cü ildə Manila məhkəməsi diktatorun arvadını dələduzluq ittihamı ilə 18 il azadlıqdan məhrum edib. Keçmiş birinci ledi apellyasiya şikayəti verib, nəticədə 5 il sonra ittiham tərəfi hər hansı yanlışlıq aşkar edib və ona tam bəraət verilib. Filippinli məhkəmə salonundan başını dik tutaraq qürurlu və qətiyyən peşimançılıq hissi keçirmədən çıxıb. Bundan sonra hətta siyasətlə də məşğul olub və kifayət qədər də uğur qazanıb: onu iki dəfə Nümayəndələr Palatasına seçiblər.

Bununla belə, Filippin hakimiyyətinin keçmiş prezident cütlüyünün oğurladığından nəsə qaytarması mümkün olub. 2004-cü ildə məhkəmə vasitəsilə cütlüyün 5 İsveçrə bankındakı hesablarından 684 milyon dollar məbləğində pul əldə edə bilib. Bundan başqa, Markosların onlarla şirkətinin aktivi satılıb, eləcə də onlarla ev, qiymətli əşyalar və rəsm əsərləri geri qaytarılıb.

Bəraət hökmünə baxmayaraq, Manilada mərhum diktatorun və onun həyat yoldaşının günahkar olmadığına az adam inanır. Yerli sakinlər əmindirlər ki, ərlə arvad 7 milyard dollardan çox milli sərvətləri talayıblar və bütün dünyadakı banklarda saxlayırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}