17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
Vergilər Nazirliyinin qanunsuz tələbinə qarşı iddia araşdırılır - Məhkəmə
Tarix: 05-12-2018 13:12 | Bölmə: İqtisadiyyat
Vergilər Nazirliyinin qanunsuz tələbinə qarşı iddia araşdırılır
“1 faizlik nağdlaşdırma vergisinin tutulması absurddur”.

Reyting.az
xəbər verir ki, bunu tanınmış hüquqşünas, banklar üzrə ekspert Əkrəm Həsənov 1 faizlik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda məhkəmə çəkişmələrindən danışarkən deyib.

Ə. Həsənovun sözlərinə görə, tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya baxış ötən ilin əvvəlindən başlayıb.

O, qeyd edib ki, ötən il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddianı mümkünsüz hesab etsə də, Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı. Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə göndərib. Bu ilin mart ayında həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddianı təmin edib və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar verib.

Vergilər Nazirliyinin qanunsuz tələbinə qarşı iddia araşdırılır

Ə. Həsənov bildirib ki, Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxmaq əvəzinə, iddianı yenidən mümkünsüz hesab edib. Lakin bu günlərdə Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadı ləğv olunaraq, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Ə. Həsənov deyib ki, mübarizə yenə davam edir və Vergilər Nazirliyi onun xeyrinə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur.

"Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. İkinci dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur.

Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsindən hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var gücü ilə prosesin qarşısını almaq istəyir. Ona görə ki, cari proses bu cür qanunları yazanların savadsızlığını çılpaqlığı ilə göstərir”.

Vergilər Nazirliyinin qanunsuz tələbinə qarşı iddia araşdırılır

Ə. Həsənov xanım hakimlərimizin (Nigar Rəsulbəyova, Şərafət Məmmədova və Sevda Hüseynova) ədalətli mövqeyindən də söz açıb. Deyib ki, bu xanımlar iş üzrə ədalətli (son nəticədə isə nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması istiqamətində) qərarlar veriblər.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}