11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bakıda növbəti mitinqə hazırlıq başlayıb - Müraciət
Tarix: 05-12-2018 18:43 | Bölmə: Slayd
 Bakıda növbəti mitinqə hazırlıq başlayıb

Qarabağ Komitəsinin üzvləri Akif Nağı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Tural Abbaslı, Sahib Kərimlinin imzaları ilə dekabrın 15-də Qarabağ mitinqinin keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib.

Qarabağ Komitəsinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul olunub.

Müraciətdə yazılır ki, Qarabağ mitinqinin 2018-ci il dekabrın 15-də, saat 15:00-dan 17:00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulur:

“Mitinqdə «Qarabağa Azadlıq!», «Ya Qarabağ, ya ölum!», «Qarabag bizimdir, bizim qalacaq!», «Qarabağda antiterror əməliyyatının başlanılmasını tələb edirik!», «Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!», «Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!" şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq”.

Müraciət müəllifləri Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edirlər ki, qanunvericiliyə uyğun olaraq Qarabağ mitinqinin keçirilməsinə şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlar verilsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}