Milanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub - Foto
Tarix: 06-12-2018 22:01 | Bölmə: Siyasət
Milanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər.

Reyting.az
-ın məlumatına görə, bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatında bildirilir.

Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar.

Milanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub

Bəyanatda qeyd olunur ki, həmsədr ölkələr tərəflərə sentyabrda Düşənbədə keçirilmiş MDB sammitində Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsini davam etdirmək və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət ediblər. Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında münaqişənin ədalətli və davamlı həlli üçün konkret nəticələrə yönəlmiş intensiv dialoqun bərpa olunacağına ümid etdiklərini bildiriblər.

Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri əvəzi bəyanatda münaqişənin sülh yolu ilə həllinə töhfə vermək və gərginliyin daha da azaldılması üçün intensiv işlərə sadiq olduqlarını təsdiqləyiblər. "Bu məqsədlə və yüksək səviyyəli danışıqlara töhfə vermək məqsədilə onlar 2019-cu ilin əvvəlində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi ilə görüşməyə razılaşıblar", - bəyanatda qeyd olunur.




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib