İrandan ölkəmizə quş və quşçuluq məhsullarının gətirilməsi qadağan edildi - Səbəb
Tarix: 07-12-2018 08:58 | Bölmə: Slayd
İrandan ölkəmizə quş və quşçuluq məhsullarının gətirilməsi qadağan edildi

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

Agentliyin məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli “quş qripi” xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar, İranın Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən İranın Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}