16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paşinyan Sankt-Peterburqda İlham Əliyevlə söhbət edib
Tarix: 07-12-2018 17:42 | Bölmə: Slayd
Paşinyan Sankt-Peterburqda İlham Əliyevlə söhbət edib

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sankt-Peterburqa səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə söhbət edib.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, Paşinyan Azərbaycanın dövlət başçısı ilə əsirlərlə bağlı danışdıqlarını açıqlayıb.

“Biz əsirlərlə bağlı danışdıq. Razılığa gələ bilməmişik, ancaq müzakirə davam edir. Siz bilirsiniz ki, onlar “hamını hamıya” prinsipi ilə dəyişmə təklif edirlər. Lakin burada problem var. Biz bu məsələni Qarabağın rəhbərliyi ilə müzakirə etməliyik”, - Paşinyan nbu gün jurnalistlərə spyləyib.

Onun sözlərinə görə, Azərbaycanın prezidenti ilə söhbətdə Qarabağ münaqişəsi mövsuzuna da toxunulub.

Nikol Paşinyan dekabrın 6-da Sankt_peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşündə iştirak edib.

Azərbaycan prezidenti də dekabrın 6-da həmin görüşdə iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}