16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Britaniya Rusiya oliqarxlarının qara siyahısını təsdiqləyib
Tarix: 08-12-2018 16:57 | Bölmə: Slayd
Britaniya Rusiya oliqarxlarının qara siyahısını təsdiqləyib

Britaniyanın xüsusi xidməti kəşfiyyatın Kremlə yaxın hesab etdiyi rusyalı biznesmenlərə təzyiqi gücləndirmək niyyətindədir.

Reyting.az bildirir ki, “The Daily Telegraph”ın məlumatına görə, siyahıya Roman Abromoviç, Alişer Usmanov, Oleq Deripaska, eləcə də Boris və Arkadi Rotenberqlər düşüblər.

Məlumata görə, siyahı baş nazir Tereza Meyə təqdim olunan siyahı təsdiqlənib. London sənədi müttəfiq olan ölkələrin xüsuxi xidmətlərinə verməyə hazırlaşır.

Britaniya hökumətindəki mənbə qəzetə açıqlamasında deyib ki, adları çəkilən şəxslərin Böyük Britaniyada və digər ölkələrdə işləməsinə və azad hərəkətinə məhdudiyyət qoyulmasına hazırlıq gedir.

Bu kampaniya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və onun qızının zəhərlənməsinə cavab olacaq.

Bundan əvvəl xəbər verilirdi ki, Rusiyada fəaliyyət göstərən haker qrupu vətəndaşlar arasında avropalıların və amerikalıların sanksiya siyahısına salınması üçün potensial namizədlər axtarır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}