Yaxın Şərqdə vəziyyət dəyişir; Sifarişli qətl müəllifinin taxtı laxlayır - Foto
Tarix: 09-12-2018 15:18 | Bölmə: Siyasət
Yaxın Şərqdə vəziyyət dəyişir; Sifarişli qətl müəllifinin taxtı laxlayır

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi Ər-Riyad rejimin ciddi şəkildə güncə sıxıb.

“Reytinq” xarici mətbuata istinadən bildirir ki, həm açıq, həm də gizli formada ciddi siyasi basqılar Ər-Riyad rejimini daxili və xarici siyasətində korrektələr etmək məcburiyyətində qoyub.

Belə ki, İranla münasibətlərə görə Yəməni bombalayan Səudiyyə Ərəbistanı artıq bu ölkənin əsas gücləri ilə masa arxasına keçməyə hazırlıq görür. Eyni zamanda, jurnalistin qətlinə qədər Türkiyə və onun bölgədəki maraqlarını hər addımda “qılınclayan” Ər-Riyad rejimi, daha dəqiqi, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın son aylar Ankaraya jestləri diqqətdən yayınmır. Düzdür, onun G20-də Ərdoğanla görüşü Türkiyə liderinin prinsipiallığı səbəbindən müsbət alınmadı. Lakin vəliəhd devrilməmək üçün bütün gücü ilə Ankaraya yaxınlaşmağa can atmaqdan da vaz keçməyib. Amma yaşanan və artan təzyiqlər göstərir ki, şahzadə Salmanın vəliəhd titulunu itirmək təhlükəsi hər gün yaxınlaşır.

İddia olunur ki, məhz bu qətl Yaxın Şərqdəki hazırkı vəziyyəti xeyli dəyişəcək, vəliəhd başqası ilə əvəzlənəcək, Ər-Riyad rejimi hazırkı siyasətini yumşaldacaq.

“Şübhə yeri yoxdur ki, səudiyyəli jurnalist Camal Kaşıqçının ölümündə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın da əli var”.

Bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından senator Robert Korker deyib.

“Şahzadənin şəxsən özünün bu cinayət əməlinə rəhbərliyinə və idarə etməsinə qətiyyən şübhə etmirəm. Nə baş verdiyini əvvəlcədən bilirdi və qətli planlaşdırmışdı”, - deyə Korker bildirib.

Korkerin bu açıqlamasının mürəkkəbi qurumamış ABŞ-da bir qrup senator Camal Kaşıkçının öldürülməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırladıqlarını və Senata təqdim etdiklərini bildirdilər.

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihəd şahzadə Məhəmməd bin-Salman Camal Kaşıqçının öldürülməsi cinayətinə ortaqdır: “Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir”.

Yaxın Şərqdə vəziyyət dəyişir; Sifarişli qətl müəllifinin taxtı laxlayır
Səudiyyə vəliəhdi

Senator L. Qrem ABŞ-da yaşamaq icazəsi olan C. Kaşıqçının üç övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layihəyə yazılı münasibətində bildirib:

“ABŞ-ın Kaşıqçı cinayəti haqqında qəti bir açıqlama verməsi milli təhlükəsizlik maraqları baxımından çox böyük əhəmiyyət daşıdığına inanıram”.

Bu arada məlum olduğu kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) jurnalistin qətli ilə bağlı senatorlarla qapalı toplantı keçirib. Məhz bu toplantıdan sonra Səudiyyə rejimini, daha dəqiqi, Sahzadə Salmanı hər addımda müdafiə edən Trampın mövqeyinin əksinə olaraq, senatorların fəallaşması diqqətdən qaçmır.

“Reytinq” bildirir ki, bu toplantı ilə bağlı Türkiyənin “Habertürk” nəşrinin analitiki Sərdar Turqut maraqlı məqalə yazıb.
Həmin məqaləni oxuculara təqdim edirik:

Qapalı toplantıda MKİ direktorunu dinləyən senatorlar Türkiyənin ona verdiyi dəlillərin başında gələn mişar mövzusu üzərində duraraq, cinayətin şahzadə Salmanın məlumatı daxilində işləndiyini düşünməyə başlayıblar.

Qısa müddət öncə MKİ direktoru Cina Haspel Senatın Kəşfiyyat Komitəsinə çağırılmışdı. O, “Kaşıkçı cinayəti” haqqında danışacaqdı.

Son anda onun orada deyəcəklərindən qorxan Prezident Tramp, “icra hakimiyyəti” (“executive power”) səlahiyyətindən istifadə edərək, direktorun komitəyə getməsinə mane olub.

Senat buna böyük əks-reaksiya verib. Lindsi Qrehem kimi Trampa yaxın olan respublikaçı senator belə, “MKİ direktoru Cina Haspel gələnə qədər heç bir qərarı məndən keçirə bilməzlər”,- deyərək, ultimatum verib.

Hər iki partiyadakı əks-reaksiyalar birləşərək yüksəlincə, Tramp geri addım atmağa məcbur olub.

Çərşənbə axşamı MKİ direktoru Cina Haspel Senata gedərək, bağlı qapılar arxasında qurum liderlərinin və komitə rəhbərlərinin olduğu bir toplantıda MKİ-nin “Kaşıkçı cinayəti” ilə bağlı görüşlərini anladıb.

Hazırda Vaşinqtonda ABŞ Konqresinin bu mərhələdən sonra şahzadə Salmanın ipini çəkəcəyilə bağlı gözlənti hakimdir.
Çərşənbə axşamı keçirilən yığıncaq gizli dövlət məlumatlarının çatdırıldığı bir toplantı olduğundan, mətbuata qapalı keçirilib. Ona görə də, orada nə danışıldığını sadəcə, sirr saxlama andı içmiş senatorlar bilir.

Ancaq MKİ bugünədək milli təhlükəsizlik sahəsindən yazan jurnalistlərə elə məlumatlar sızdırıb ki, Konqresə yaxın olan mənbələrin şərhinə görə, yalnız bunlar belə “Kaşıkçı cinayəti”nin birbaşa şahzadə Salmana bağlanması üçün yetərli olacaq.

Misal üçün, MKİ, ən son olaraq şahzadə Salmanın “Kaşıkçı cinayəti”nin baş verdiyi gün İstanbulda olan komanda ilə 11 dəfə mesajlaşdığını təsbit edib. Senatorlar xüsusilə “cinayət dəstəsi”nin özü ilə bərabər gətirdiyi Türkiyə tərəfindən müəyyən edilərək, haqqında MKİ-yə məlumat verdiyi mişarla bağlı suallar ünvanlayıblar.

Konqres qısa müddət ərzində şahzadə Salmanı “Kaşıkçı cinayəti”ylə əlaqədar birbaşa təqsirləndirəcək və Trampın onunla əlaqəsini kəsməsini istəyəcək.

Ayrıca, şahzadə Salmana qarşı “Maqnitski qanunu” çərçivəsində birbaşa sanksiyalar tətbiq edəcək və onun ABŞ-da olan əmlakı müsadirə olunacaq.

Baş verən bu hadisələrə görə ən böyük zərbə isə ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə birgə qurduğu Orta Şərqə yönəlik əməkdaşlıq strategiyasına dəyəcək.

Konqres bu işdən əl çəkməyəcək, lakin Vaşinqtonda Ağ Evin necə reaksiya verəcəyi də maraqla gözlənilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}