Nəhənglərin enerji savaşı şiddətlənir
Tarix: 09-12-2018 15:34 | Bölmə: Siyasət
Nəhənglərin enerji savaşı şiddətlənir

Azov dənizində Rusiyanın Ukrayana dənizçilərinə qarşı hərbi əməliyyatı dünyanın bir çox mətbu orqanlarında iki ölkə arasında yaşanan qarşıdırma konteksində dəyərləndirildi. Əlbəttə, problemin kökündə bu fakt əsas yer tutur. Lakin məsələnin strateji tərəfləri də var. Yəni, Azovda dünya nəhənglərinin enerji resurslarına görə son illər apardıqları qanlı və sərt qarşıdurmalar da gizlənib.

Reyting.az
-ın məlumatına görə, Qara dənizlə Azovda olan enerji ehtiyatları səbəbindən son iki ildə başda ABŞ, İsrail və İngiltərə, hətta Səudiyyə Ərəbistanı olmaqla Cənubi Kiprlə birgə cox ciddi addımlara da əl atıblar. Hətta Suriya müharibəsinin başlamasının kökündə də illər əvvəl həyata keçirilməsi nəzərdə tutulan bu enerji ehtiyatlarını ələ keçirmə planının durduğu da deyilir ki, zaman keçdikcə bunun elə belə də olduğu anlaşılır.

Başqa sözlə, Qərb bəzi dənizlərdəki enerji resurslarını ələ keçirmək üçün qardaş Türkiyənin də, elə Rusiyanın da maraqlarını heçə saymaqdadır.

Lakin etiraf etmək gərəkdir ki, Türkiyənin israrlı dirənməsi və öz maraqlarının təminatına qətiyyətli çalışması Qərbin bu planını həyata keçirməsini xeyli ləngidib. Belə bir anda Rusiyanın da “tortda mənim də payım var”,- deməsi, həm Türkiyənin əlini gücləndirir, həm də bölədəki vəziyyəti kökündən dəyişməyə yol açır.

Bəli, Rusiyanın Ukrayna gəmilərini saxlaması, üstəlik, Krıma “S 400”-ləri yerləşdirməsi, ardınca isə ötən gün Cənubi Kiprə rəsmi xəbərdarlıq etməsi təsadüfi deyil.

Xatırladaq ki, Rusiyanın Ukrayna gəmilərini atəşə tutmasını bəhanə edən ABŞ Azov və Qara dənizə hərbi gəmilərni göndərmək istəyir. Əlbəttə ki, bu zaman ABŞ Yunan Kipri ilə anlaşmadan yararlanmaqla, bu bölgədə hərbi gücünü artırmaq niyyətindədir. Lakin Moskva gözlənildiyi kimi, buna çox sərt reaksiya verdi.

O üzdən Rusiya ABŞ ordusunun Şərqi Aralıq dənizində hərbi varlığını artırmasından dolayı Cənubi Kiprə xəbərdarlıq edib.

Bu barədə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, amerikalı rəsmilər Cənubi Kiprdə hərbi bazanın yaradılması üçün danışıqlar aparıb: “Rusiya ABŞ-ın Kiprdə hərbi varlığını artırmasına biganə qalmayacaq”.

Göründüyü kimi, bu toqquşmada da Rusiya ilə Türkiyənin maraqları üst-üstə düşür.

Bəs, rəsmi Ankara nələr edəcək?

Reyting.az bildirir ki, prezident Ərdoğan G20 toplantısında dənizlərdəki enerji savaşında Türkiyənin “Masa”da olacağını qətiyyətlə bəyan edib. Ərdoğanın sözlərindən belə anlaşılıb ki, Ankara maraqlarını qorumaq üçün hətta hərbi gücə də əl ata bilər.

Bu fikir Türkiynin “Cumhuriyet” portalında Mehmet Ali Güllerin qələmə aldığı köşə yazısında da yer alıb.

Maraqlı olacağını nəzərə alaraq, onun köşəsini oxuculara təqdim edirik:

Ukrayna böhranını anlamağın yolu, hər şeydən qabaq, ABŞ-ın mövqeyini başa düşməkdən keçir. ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci il fevralın 3-də CNN-ə müsahibədə bu mövqe haqda sıradakı “etirafı” edib:

“Putin Maydandakı etirazlarda ona görə qəfil yaxalanmışdı ki, biz Ukraynada hakimiyyət dəyişikliyində vasitəçi kimi çıxış etdik”.

Yaxşı, amma ABŞ niyə Ukraynada vasitəçiydi?

Qara dəniz ABŞ üçün azman geostrateji önəmə malikdir – bu, hər şeydən əvvəl, Rusiyanın güneydən mühasirəyə alınması, boğazların saxlanması, Şərqi Avropa üzərində nəzarətin qorunması, Qafqaz üzərində nəzarət əldə etmək, oradan isə Xəzər hövzəsinə çıxış və əlbəttə, Türkiyə üzərində nəzarətdir…

ABŞ-ın Qara dəniz strategiyası nədir?

1. ABŞ ilk təşəbbüsü 2004-də göstərərək, Bolqarıstan və Rumıniyanı NATO sıralarına qəbul edib. ABŞ, beləliklə, NATO vasitəsilə bu ölkələrin limanlarına girmək imkanı qazanıb.

İkinci addım Gürcüstan üzərindən atılıb: 2003-də “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gəlmiş/gətirilmiş Mixail Saakaşvili öz ölkəsini ABŞ-ın Rusiyaya qarşı əməliyyat meydanına çevirib. 2006-da Gürcüstanda NATO xarici işlər nazirlərinin görüşündə üzvlüyə qapı açılıb, NATO-nun 2008-ci il 2-4 aprel sammitində isə üzvlük üçün parlamentdə uyğun normativ sənədlərin qəbul edilmə tələbi səsləndirilib.

2. Osetinlər Saakaşvilinin Qərbyönlü siyasətinə qarşı çıxaraq referendumda 90 faiz səslə müstəqillik tələb ediblər. Saakaşvili NATO sıralarına dəvətdən istifadə edərək 2008-ci il avqustun 8-də Cənubi Osetiyaya hücum edib. Rusiyanın hərbi cavabı amansız idi; ABŞ-dan gözlənilən hərbi yardımı ala bilməyən Saakaşvili qaçıb! (O, son illərdə Ukraynada qubernator postu tutub və nəticədə Gürcüstan vətənaşlığından olub!)

3. Üçüncü təşəbbüsü Ukraynada göstəriblər. Əvvəlcə 2003-cü ildə “Narıncı inqilab” işə salınıb. Bundan sonra Gürcüstanda olduğu kimi, NATO-ya üzvlük qapısı açılıb. Amma sonradan Ukraynada Amerikayönlü mövqe tutmayan administrasiya meydana çıxıb. Obamanın etiraf etdiyi kimi, ABŞ onda 2014-cü ildə Maydan hadisələri nəticəsində çevriliş həyata keçirib və Yanukoviçi devirib.

Rusiyanın cavabı bu dəfə çox amansız olub: Krımı özünə birləşdirib və Ukraynanın şərqində Rusiyayönlü separatçı əhvali-ruhiyyəni dəstəkləyib! Bundan başqa, Rusiya Kerç boğazında Krımı onun əsas qitə hissəsiylə birləşdirən körpü salaraq Azov dənizinin qapalı dənizə çevrilməsi üçün addımlar atıb.

Amma Ukrayna məsələsi energetika ölçüsü üzündən təkcə ABŞ və Rusiyaya deyil, həm də Almaniya, AB və Türkiyəyə də toxunur. Axı Rusiya qazının 50 milyard kubmetr həcmdə ən böyük istehlakçısı olan Almaniyanın Rusiya qazını Ukrayna və Polşadan yan keçməklə Baltik dənizi üzərindən alacağı tranzit ölkə kimi Ukraynanın dəyərini, habelə Berlinin Vaşinqtondan asılılığını azaldır. Eyni dərəcədə Rusiya təbii qazını Qara dəniz üzərindən Frakiyaya (oradan isə cənubi və cənubi-şərqi Avropaya) verəcək “Türk axını” da Ukraynanın “tranzit dəyəri”ni aşağı salır.

Deməli, ABŞ-ın energetika naziri Rik Perri deyib: “Biz “Türk axını” və “Şimal axını-2”-yə (12.11.2018) qarşı çıxmağı sürdürəcəyik”.

Ukranyanın təbii qaz bazarı məsələləri üzrə şurasının başçısı Leonid Uniqovski isə “Türk axını”nın inşası bitəndən sonra Ukrayna üzərindən təbii qaz tranzitinin ildə 13 milyard kubmetr azalacağına diqqət yetirərək deyib ki, bütün səylər boru kəmərinin ikinci qanadının inşasına yol verməməyə yönəlməlidir (22.11.2018).

Bundan savayı, iki ölkə ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqda birgə bəyanatda qeyd edib ki, “Şimal axını-2” və “Türk axını”nın inşasının dayandırılması üzrə səylərin əlaqələndirilməsini sürdürəcəklər. (16.11.2018).

2017-ci ildə Ukrayna üzərindən Rusiya təbii qazı tranzitinin 94 milyard kubmetr olduğu gözə alınsa, energetika savaşının miqyası da aydın olar.

Bu mənzərəni nəzərə alaraq ABŞ və Ukraynanın üç hərbi gəminin Kerç boğazından qanunsuz keçid cəhdiylə bağlı bu yaxınlardakı fitnəsinin sıradakı hədəflərini seçmək olar:

1) Ukraynada ABŞ-ın bazasını açmaq üçün siyasi iqlim yaratmaq;

2) ABŞ-NATO gəmilərini Qara dənizdə və Azov dənizinə yaxın yerləşdirmək;

3) Azov dənizi sahilində Ukraynanın bazasını açmaq;

4) Energetika marşrutları yaratmaqda Rusiyaya mane olmaq və onu iqtisadiyyatca zəiflətmək;

5) Daxili siyasətdə Poroşenkoya basqını azaltmaq və Ukraynada seçkiləri təxirə salmaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}