23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Putinin vəsiqəsi Almaniya kəşfiyyatının arxivində tapılıb
Tarix: 11-12-2018 14:45 | Bölmə: Siyasət
Putinin vəsiqəsi Almaniya kəşfiyyatının arxivində tapılıb

Almaniya Demokratik Respublikasının (ADR) Dövlət təhlükəsizliyi nazirliyinin (Ştazi) arxivində Rusiya prezidentinin vəsiqəsi tapılıb.

Reyting.az bildirir ki, “Bild”in verdiyi məlumata görə, Putin ADR-in movcudluğunun sonuna qədər Ştazinin əməkdaşı olub.

Vəsiqə nazirliyin Drezdendəki “kadrlar və ixtisaslar” şöbəsinin arxivində aşkar olunub. O, 1985-ci il dekabrın 31-də verilib və 1989-cu ilin axırına qədər hər üç aydan bir uzadılıb.

Tapılan sənəddə Putinin imxasının olduğu da bildirilir.

Ştazinin Drezdendəki arxivlərlə iş üzrə şöbəsinin rəhbəri Konrad Feldyer bildirib ki, vəsiqə o zaman “KQB”nin Drezdendə dəstəsində işləyən Putinə Ştazinin müəssisələrinə maneəsiz keçid imkanı verib. O, SSRİ xüsusi xidmətinin əməkdaşı olduğu haqda informasiyanı açıqlaya da bilməzdi.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, ADR təşkilatının vəsiqəsi Putinə həqiqətən verilə bilərdi, çünki SSRİ “KQB”si Ştazi ilə əməkdaşlıq edib.

Vladimir Putin 1977-ci ildən “KQB”nin Leninqrad idarəsinin istintaq şöbəsinin əks kəşfiyyatında xidmət edib. O, 1985-1990-cı illərdə “KQB"-nin xarici kəşfiyyat xətti ilə ADR-də - Drezdendəki ərazi kəşfiyyat nöqtəsində Drezdendəki SSRİ-ADR Dostluq evinin direktoru vəzifəsində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}