17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hillari Klinton Hindistanın ən varlı adamının qızının toyunda - Fotolar
Tarix: 11-12-2018 18:05 | Bölmə: Cəmiyyət
Hillari Klinton Hindistanın ən varlı adamının qızının toyunda

Beyonsa, Ariana Haffinqton, Hillari Klinton Hindistanın Radjistan ştatıns ölkənin ən varlı adamı Mukeşa Ambaninin qızı İşa Ambaninin toyuna gedib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, İşi Ambani və Anand Primalanın nikah mərasiminin keçirildiyi Udaypureyə (onu həm də Ağ şəhər adlandırırlar) onlarla çarter reysləri gəlib.

Yerlilər artıq bu hadisəni “mənim böyük hind toyum” adlandırıblar. Bir sözlə, Beyonsa təkcə qonaq kimi gəlməyib, o həm də mahnıları ilə qonaqları əyləndirib.

Hillari Klinton Hindistanın ən varlı adamının qızının toyunda

Şadyanalığın səbəbkarı İşa Reliance Industries şirkətinin prezidenti Mukeş Ambaninin qızıdır. 2014-cü ildə Yelski universitetini bitirib, sonra şirkətin direktorlar şurasına qoşularaq atasına biznesdə kömək edib.

Gələcək ər Primale haqqında məlum olan budur ki, 33 yaşı var, Mumbayda maliyyəçidir və eləcə də Hindistanın ən nüfuzlu ailəsinin üzvüdür. Bir sözlə, bu toy Hindistanın iki ən nüfuzlu klanını birləşdirib.

Məlumata görə, Ambani ailəsi ilə Klintonu artıq 18 ildir dostluq və işgüzar münasibətlər bağlayır. Bu ilin yazında Hillari Mumbaya konfransa gəlib və dünyanın ən bahalı evlərindən sayılan Antilia iqamətgahında hindistanlı dostları ilə yaxşı vaxt keçirib.

Hillari Klinton Hindistanın ən varlı adamının qızının toyunda

Hindistanda milyonlarla insanın dəhşətli yoxsul yaşamamasına baxmayaraq, İşa və Primalın nişantaxma mərasimi İtaliyada, Komo gölünün kənarındakı Villa D’Este hotelində 600 qonağın iştirakı ilə keçirilib. Mərasimdə tanınmış müğənni və bəstəkar con Lencend ifa edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}