07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Putinin mühafizəçisi qurultayda telereportyor kimi maskalanıb
Tarix: 11-12-2018 19:18 | Bölmə: Siyasət
Putinin mühafizəçisi qurultayda telereportyor kimi maskalanıb

Rusiya prezidenti Vladimir Putinin mühafizəçiləri hakim “Vahid Rusiya” partiyasının dekabrın 8-də keçirilən qurultayında televiziya reportyorları kimi maskalayıblar.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Putini çox sayda reportyor çəkib, ancaq onlardan ikisi eyni formada geyinib və kameralarla işləməyi bacarmayıblar, buna görə də jurnalistlərin diqqətini cəlb ediblər.

Məlumata görə, “operatorlardan” biri hətta qurultayı çəkdiyi ilə bağlı görüntü belə etməyə cəhd etməyib, sadəcə kameraya toxunmayaraq ətrafa nəzər yetirib.

Putinin mühafizəçisi qurultayda telereportyor kimi maskalanıb

Digər məlumata görə, “operatorlardan” biri Putini oktyabrın 16-da Soçidə Misir prezidenti Abdel Fəttah Əs-Sisi ilə gəzinti zamanı mühafizə edib.

Bu səbəbdən belə qənaətə gəlinib ki, “Vahid Rusiya”nın qurultayında operator görüntüsü ilə olanlar prezidentin Təhlükəsizlik xidmətinin əməkdaşı işləyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}