07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Diktatorun mavi qatarı - 50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər - Fotolar
Tarix: 11-12-2018 22:13 | Bölmə: Slayd
Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Yuqoslaviyanın rəhbəri İosip Broz Tito Balkan yarımadasında mavi vaqonda səyahətə çıxar, özünü Hollivud aktyorlarından ibarət dəstə ilə əhatə edər, kinonu sevər və öz aşpazlarını dünya liderlərinin qonağı olanda daddığı yeməklərdən bişirmək çətinliyinə salardı.

Təntənəli heyət Belqraddan keçmiş Yuqoslaviya torpaqlarına qısa səyahətə yola düşür. Bu adi sərnişin qatarıdır. İçərisi qırmızı və qoz ağacı ilə işlənən, bahalı mebelli zirehli vaqonlarda yataq yeri, yeməkxana, kabinet və kino zalı vardı.

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Qatar bu gün turistlərlə doludur, 50 il əvvəl isə bu mavi vaqonlarda Yuqoslaviyanın diktatoru İosip Broz Titonun nəzakətlə dəvət etdiyi Hindistanın baş naziri Cəvahirləl Nehru, Misir prezidenti Camal Əbdül Nasir, Efiopiya imperatoru Hayle Selassie, Britaniyanın kraliçası II Yelizaveta və digər siyasi liderlər səyahət ediblər. Deyilənə görə, o özü loikomotivi mavi marşal mundiri kimi rəngləməyə göstəriş vermişdi.

Yuqoslaviyanın vitse-prezidenti Milovan Djilas sonradan xatırladırdı ki, Tito digər yüksək vəzifəli şəxslərlə birlikdə Çarli Çaplinin “Böyük diktator” filminə baxıb:

“Səhnə başlayır, qatarın maşinisti heyəti diktatorun keçməli olduğu xalça döşənən cığırın birbaşa əks tərəfində saxlamağa cəhd edir. Biz bir anda özümüzə gəlib susduq. Eynilə həmin vəziyyət Tito ilə istənilən vağzalda baş verib, məgər bizim maşinist daha cəld idi? Bu oxşarlıq Titonun da nəzərindən qaçmayıb, bizə sarı baxıb gülümsədi”.

Kommunist dəbdəbə

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Marşal bu qatarla nüfuzlu qonaqlarını Adriatik sahillərinə, onlar oradan bahalı yaxtalarda Yuqoslaviya liderinin Brionu adalarındakı yay iqamətgahına yollanırdılar. Arxipelaqda partiya elitasının istirahəti və əylənməsi üçün hər şey var idi.

Dəbdəbəli villalar, hovuzlar, qolf meydanı, spa salonları, hətta ekzotik heyvanların olduğu heyvanxananın yerləşdiyi iqamətgahda Tito özü ilə gətirdiyi tanınmış səyahətçilərdən hədiyyələr alırdı. Marşal dəbdəbə içərisində çimməyi sevirdi: məsələn, sovet baş katibləri Nikita Xruşov və Leonid Brejnevə ova gedib dincəlmək üçün ora ən iri marallar və qırqovullar gətirilmişdi.

Yuqoslaviyanın başçısı çox vaxt öz aşpazlarını onu xarici səfərlərində dövlət və hökumət başçılarının qonaq etdiyi kimi ləziz yeməklər hazırlamaq üçün reseptlər axtarmağa məcbur edirdi. Delikatesləri və bu yeməklər üçün çatışmayan xüsusi inqrediyentləri uzaq ölkələrdən birbaşa marşalın mətbəxinə çatdırırdılar. Bu, içkilərlə də bağlı eyni idi. Tito tünd Şotlandiya viskisini və Yuqoslaviyanın bağlarında yetişdirilən üzümdən hazırlanan şərabı çox sevirdi. Onun hətta zərərli vərdişləri şıqlığı ilə fərqlənirdi: marşal çox siqaret çəkirdi və ən bahalı Havana siqarlarına üstünlük verirdi.

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Yuqoslaviya diktatorunun vaxt keçirməyi çox sevdiyi məşhur Ağ villa bəzən muzeylərdə görə biləcəyimiz dəbdəbəli mebellə təchiz olunmuşdu. Buradakı əzəmətli hər şey xalq tərəfindən sevilməyən marşala yox, dövlətə məxsus idi. İki digər iqamətgahda – “Yadranke” və “Brianke”də Tito yüksək vəzifəli qonaqlarını yerləşdirirdi. Hər iki villa arasında qiymətli sənət əsərləri - XV əsrin ikonaları, qızıl Misir heykəlcikləri, tanınmış rəssamların əsərləri olan xarici siyasətçilərin verdiyi hədiyyələrin kolleksiyası toplanıb.

Futurizm üslubunda, bambuk kolluqları ilə əhatə olunmuş daha bir villa Titonun tənhalığı üçün idi. Amma bu da hamısı deyildi. Marşal bütün Yuqoslaviya ərazisində 30-dan çox iqamətgahdan, eləcə də dünya liderlərinin dostcasına təqdim etdiyi daşınmaz əmlakdan istifadə edirdi. Villalardan birinin altında nüvə zərbəsindən yayınmaq üçün mükəmməl infrastrukturu olan gizli bunker yerləşirdi. Yeri gəlmişkən, bu dəbdəbəli yerlərin bəzilərində marşal cəmisi bir-iki dəfə olmuşdu, amma onları indiyədək “Titonun villaları” adlandırırlar.

Lüks ekipajlar

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

İosip Broz Titoya məxsus avtomobil parkı dünyada ən bahalı və eksklüziv yerlərdən biri hesab olunurdu. Bir çox avtomobil marşal üçün xüsusi olaraq yaradılmışdı və məhdud sayda buraxılmışdı. Onun sevimli avtomobilləri arasında rəsmi görüşlərə getdiyi zirehli dəbdəbəli “Mercedes limuzin”lər və Titonun Brioniyə gedəndə özünün sürdüyü digər bahalı maşınlar vardı. Marşalın kolleksiyasında 1948-ci il istehsalı olan “Packard” da olub.

O, öz qonaqlarını adaya 1960-cı il buraxılışı olan “Rolls-Royce Phantom”, yaxud üstü açıq “Cadillac” ilə aparırdı. Tarixə bəllidir ki, Tito 1955-ci ildə Yuqoslaviyaya gələn yüksək vəzifəli sovet məmurları Nikita Xruşovu, Anastas Mikoyanı və Nikolay Bulqanini avtomobilə oturdub sükan arxasında özü əyləşərək adanın içərilərinə gedər, jurnalistləri və sovet nümayəndə heyətinin mühafizəçilərini də geridə qoyardı. Marşal sürəti sevərdi və hər fürsətdə sürücülük bacarığını nümayiş etdirərdi.

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Titonun ölümündən sonra ona məxsus avtomobillər, Serbiya hökuməti hərracda satışa çıxarana qədər boş dayanıb. Roll-Roycenin qiyməti 200 min avroya və limuzunlərinin hər birinin qiyməti yarım milyona qədər yüksəlib-enirdi. Kolleksiyanın böyük hissəsi satılıb, ən bahalısı isə 1971-ci il istehsalı olan altıqapılı, üstü açıq “Mercedes-Benz 600 Pullman Landaulet” idi. Bütün dünyada belə avtomobillərin doqquzu yaradılıb, buna görə də təəccüblü deyil ki, bu maşının qiyməti 3 milyon avro təşkil edib.

Ulduz lay dəstəsinin əhatəsində

Titonun kinoya xüsusi ehtirası var idi. O, ildə 280-ə yaxın filmə baxırdı. Mavi qatarda xüsusi olaraq kino zalı təşkilini xahiş edib ki, yolda yeni filmlərə baxa bilsin. O, tez-tez həmkarlarını və qonaqlarını da kino zalına dəvət edib. Tito sənbədli filmləri xüsusilə sevirdi. O, xarici səfərlərə özü ilə adətən kinooperator da götürürdü.

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Kino fanatı marşal Yuqoslaviya kinematoqrafiyasının inkişafı üçün də çalışıb. Oskar üçün irəli sürülən “Neretve üçün döyüş” filmini rejissor Velko Bulaiç o zaman üçün misli görünməmiş məbləğ - 12 milyon dollara yaxın pul ayıran Titonun özünün rəhbərliyi altında çəkib. Elanında Pablo Pikassonun rəsmi olub, premyerasında isə Tito özü və dünya kinosunun əfsanələri Sofi Loren və Ömər Şərif də iştirak ediblər.

Marşalı ətrafını dünya şöhrətli ulduzların əhatə etməsini sevirdi. Onun Brionidəki villasında Elizabet Teylor və Riçard Berton, Vivyen Li və Lourens Olivye, Cina Lollobric kimi tanınmış aktyorlar istirahət ediblər. Məşhurların, xüsusilə gözəl qadınların onunla yoldaşlıq etməsindən xoşu gəlirdi.

Respublikanın baş moda pərəstişkarı

Britaniyanın xarici işlər naziri Entoni İden 1952-ci ildə Yuqoslaviya liderinə ən yaxşı ingilis parçasının rulonunu gətirib. Tito heyran qalmışdı. O, çox bahalı və gözəl geyimlərin vurğunu idi. Marşal həyat yoldaşı Yovanka ilə Yuqoslaviyada əsl ikona nümunəsi hesab olunurdu. Ölkə vətəndaşları hətta ər-arvad Titonun qəşəng geyindikləri paltarları arzulaya bilməzdilər. Yuqoslaviyanın tanınmış modabazının kilometrlərlə nəfis parçaları olurdu. Bahalı bayram mundirləri, klassik İtaliya kostyumları və villada istirahəti üçün geyimlər, hətta yataq dəyişəyi, pijama və cib dəsmalları – bunların hamısı adlı-sanlı qonaqların Titoya bəxş etdiyi ən yaxşı materiallardan idi.

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Tito dəbdəbə həvəskarı kimi bahalı şeylərin kolleksiyasını toplamağın həvəskarı idi. Yuqoslaviya marşalının nəyi yox idi: arasında Pikasso və Qoyinin də müəllifi olduğu qiymətli rəsm əsərləri, bahalı saatlar, sikkə kolleksiyası, qab-qacaq, silah, o cümlədən dövlət muzeyindən “saclanmaq üçün götürülən” əntiq əşyalar. Tito xüsusi fərqləndirdiyi Karl Marksın “Kapital”ının Hamburq nəşrinin də olduğu böyük kitabxanası ilə öyünürdü.

Tito sənət əşyalarından başqa Yuqoslaviyada və xaricdə təltif edildiyi orden, medal və rütbələrin də kolleksiyasını yığıb. Onların arasında Fransanın Fəxri Legionu odeni və Xidmət ordeni, Britaniyanın Bani ordeni, SSRİ-nin Lenin ordeni, Yaponiyanın Ali Xrizantema ordeni, “Almaniya Federativ Respublikası Qarşısında Xidmətlərə Görə” ordeni, “İtaliya Respublikası qarşısında Xidmətlərə Görə” ordeni və bir çox başqaları olub.

Diktatorun mavi qatarı -  50 il əvvəl dünya liderləri bu nəqliyyat vasitəsindən istifadə ediblər

Deyirdilər, Titonun mükafatları o qədər çox idi ki, onun da kitelinin çəkisi Leonid Brejnevinki kimi 6 kiloqramdan ağır olub. Bütün bunları, eləcə də səxavətli dünya liderlərinin portretlərini marşal Brionidəki Ağ villada, sonradan Belqraddakı iqamətgahında - cah-cəlallı “Mir” sarayında diqqətlə qoruyub. Onun tikintisi marşalın ölümündən bir neçə ay əvvəl başa çatıb. Tito özünün Belqraddakı qış bağında – sonralar məqbərə olan “Güllər evində” dəfn edilib. Hətta ömrünün sonunda marşal dəbdəbəli şəraitdə olmasını istəyib, amma qızıl arasında yox, qızılgül arasında.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}