Xarici valyuta ilə kredit götürməyin qaydaları dəyişib
Tarix: 13-12-2018 10:17 | Bölmə: İqtisadiyyat
Xarici valyuta ilə kredit götürməyin qaydaları dəyişib

Azərbaycanda xarici valyuta ilə istehlak kreditləri götürənlər üçün yeni qaydalar müəyyənləşib. Bundan sonra xarici valyuta ilə istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara veriləcək.

Reyting.az
xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun təsdiq etdiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90 faizdən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.

Onu da qeyd edək ki, KTN əmsalı (kreditin təminata olan nisbəti) kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}