Sosial müavinət və təqaüdlərin təyin olunma qaydaları dəyişir
Tarix: 14-12-2018 08:35 | Bölmə: Slayd
Sosial müavinət və təqaüdlərin təyin olunma qaydaları dəyişir

Azərbaycanın Baş naziri Novruz Məmmədov sosial müdafiə ilə bağlı bir sıra qərarlarda dəyişiklik edib.

Reyting.az
-ın xəbərinə görə, "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilib:

"1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”.

"Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə "Mərkəzləşdirilmiş” sözündən sonra "Elektron” sözü əlavə edilib.

"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində "Elektron xidmətlər” sözləri "e-sosial internet” sözləri ilə əvəz edilib.

"Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə "mərkəzləşdirilmiş” sözündən sonra "elektron” sözü əlavə edilib.

"Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda da analoji dəyişikliklər həyata keçirilib.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndinə "Mərkəzləşdirilmiş” sözündən sonra "Elektron” sözü əlavə edilib və həmin bənddə "MİS” abreviaturası "MEİS” abreviaturası ilə əvəz edilib.




Bölməyə aid digər xəbərlər
5-01-2019, 21:19 Tramp dünyanı aldadıb